Mumiyalama fikri necə yaranmış ola bilər?
Ölüm gəldiyində baxışları belə qorumaq mümkün deyil. Bədən bir neçə saat içində bərkiməyə başlayır, üz xətləri pozulur, üzvlər sərtləşir. Bir neçə gün sonra da bağırsaqlardakı bakteriyalar idarəsiz olaraq çoxalmağa başlayırlar; zərərli qazlar çıxır, bədən şişir və çürümə başlayır. Sıra böcəklərə gəlincə, onlar ölü bədənə hücum etdiklərində, cəsəd dərhal dağılmağa başlayır. Bütün bunlar düşünüldüyündə, babalarımızın, liderlərinin və ya sevdiklərinin cəsədlərini canlıykən göründüyü kimi tutmaq üçün xərclədikləri zaman və səyə təəccüblənməmək gərək..
Firon mumiyaları baha başa gəlirdi, amma çöl, bu işi kasıblar üçün edirdi
Antik mədəniyyətlərin çoxunda ölü bədənlərə, bu və o biri dünya arasında olan müqəddəs bir körpü kimi baxılırdı. Antik Misirin ənənəvi, kompleks və son dərəcə bahalı olan mumiyalama əməliyyatında, daxili orqanların diqqətlə çölə alınıb duzla qurudulması 70 gün qədər çəkirdi. İşin qəribəsi, çöl qumunda basdırılan misirli kasıbların cəsədləri belə ən zəngin fironlardan daha yaxşı qorunurdu.
Qurumanın çürümədən əvvəl başladığı vəziyyətlərdə meydana gələn təbii mumiyalama, ilk süni mumiyalamadan daha köhnələrdə də bilinir və sırf insanlarda deyil, digər canlılarda da görünürdü. 1992-ci ildə Antarktikanın quru qütb çöllərində 100 min illik ayı balığı mumiyaları tapılmışdı.
Cənub Amerika mumiyalamaya 7000 il əvvəl başlamışdı
Qalıqları Cənubi Amerikada Peru-Çili sərhədi ətrafında tapılmış olan Chinchorro antik mədəniyyəti, ölülərini mumyalamaya 7000 il əvvəl başlamışdı. Biri öldüyündə bu adamın hökmdar ya da din adamı olmasının fərqi yox idi, cəsədi sıxışdırılmış kül palçığı və ya torpaq ilə doldurulurdu . Daha sonrakı illərdə isə cəsədlərin üzəri yapışqan bir palçıqla suvanaraq mumiyalandı . Bu palçıq sərtləşdiyində cəsədin ətrafında qoruyucu bir qabıq meydana gəlirdi. Nəticədə, araşdırılan bu sərt mumiyaların bu gün belə möhkəmliyini qoruduğu aydın olur.
Chinchorroluların, e.ə. 1500-cü illərdə mumiyalamağı dayandırdıqları görülür.
Çünki dünyanın ən quru bölgələrindən biri olan bu bölgədə cəsədlər öz özlərinə qorunurdu. Günümüzə qədər tapılmış olan 282 Chinchorro mumiyasından 133-ü təbiətin əsəri idi. Bu təbii mumiyalar da palçıqla örtülmüş olan digərləri kimi möhkəm qalmış üzvlərə, sümüklərə və toxumalara sahib idilər. Bu vəziyyət arxeoloqların, köhnə insanların sağlamlıqları, vərdişləri, həyatları və yemə vərdişləri haqqında bir çox məlumatlar toplamalarını təmin etdi. Dəhşət verici bir digər görüş də bunların 40%-də sümüklərin zərər görməsinə səbəb olacaq qədər mikroblu yaralar görülmüş olmasıdır.
Araşdırmaçılar mumiyaları xəstəliklər baxımından da araşdırmağa alırlar
Hətta , Mumiyalarda HİV belə axtarılır.
Təbii mumiyaların bir növ bioloji zaman kapsulası içində meydana gəldiyi da deyilə bilər. Cənubi Perunun qədim insanları olan Chiribayalılar’ın qorunmuş qalıqları, Cənubi Amerikaya qızılca və çiçək kimi epidemiya xəstəlikləri gətirən Avropalı axınından əvvəl onların hansı xəstəlikləri keçirib hansılarını keçirmədikləri haqqında məlumat əldə etməyimizi təmin edir. 1000 yaşındakı mumiyalardan birinin köhnə sahibi yaşayarkən tüberküloza tutulmuşdu. Araşdırmaçılar, bu mumiyaları başqa xəstəliklər baxımından da araşdırmağa alırlar. Hətta , Mumiyalarda HİV belə axtarılır. Beləcə, AIDS-in həqiqətən müasir çağın bir xəstəliyi olub olmadığı gün işığına çıxarılacaq.
Çindəki mumiyalar tip və geyimləri ilə Avropadan gəlmiş kimidilər
Orta Asiyada, Tyanşan dağlarının ətəklərində tapılmış olan çaşdırıcı dərəcədə yaxşı qorunmuş mumiyalar, erkən tariximizin qəbul edilən versiyasına kölgə salır. Çinin Xinjiang bölgəsində olan 4000 illik 100-dən çox mumiyanın hamısı Avropadan gəlmiş kimi görünür. Çöl istisi; uzun burun, çuxur gözlər və sarı saç kimi diqqətə çarpan ağ irq xüsusiyyətlərinin qorunmasını təmin etmişdir. Üstəlik, bu mumiyaların üzərindəki geyimlər də Almaniya, Avstriya və Skandinaviyada olan toxuma parçalarına çox bənzəyən bir şəkildə işlənmişdir. Bu da demək olur ki, qədim Çin, düşünüldüyünün əksinə xarici dünya ilə çox daha sıx bir əlaqə içində idi. Bəlkə də ata minməyi və təkəri bu sarışın xaricilərdən öyrənmişdilər. Elm adamları mumiyaların DNA’larını bu günkü yerlilərlə müqayisə ilə bu sirrli insanların Çin xalqına qarışıb qarışmadığını tapmağa çalışırlar .