Təbiəti qorumaq üçün əslində böyük fədakarlıqlar etməyə ehtiyac yoxdur, çünki ilk baxışdan çox kiçik və sadə əməllər belə böyük qatqıdır.
- Dişlərinizi fırçalayarkən suyu bağlayın. Beləliklə, 20 litr suya qənaət etmək mümkündür.
- Kağızın hər iki tərəfində çap edin. İl ərzində 10 milyon ton kağız atılır. Kağızın hər iki tərəfində çap etsək bu rəqəmi iki dəfə azaltmış olarıq.
- Paltarları paltaryuyan maşında qurutmayın. Onu balkonunuzdaki ipdən asın. Beləliklə, həm paltarlarınız sizə uzun müddət xidmət edəcək, həm də siz enerjiyə qənaət etmiş olacaqsınız.
- Həftə ərzində 1 gün vegetarian olun. Bu orqanizminiz üçün də, təbiət üçün də böyük bir faydadır.
- Paltarları sərin suda yuyun. Beləliklə gündə 100 min barel neftə qənaət etmiş olacaqsınız.
- Kağız salfetlərdən daha az istifadə edin. Gün ərzində hər bir insan orta hesabla 6 kağız salfetdən istifadə edir. Yəni ildə 2200 ədəd. Bütün insanların birlikdə istifadə etdiyi kağız salfet sayını düşünün..
- Şüşələri geri çevrilmə fabriklərinə verin. Geri çevrilmiş şüşə havanın çirklənməsini 20%, suyun çirklənməsini isə 50% azaldır. Geri çevrilməmiş şüşənin təbiətə qarışması isə milyonlarla il çəkir.
- Kağızları geri çevrilmə fabriklərinə verin. Beləliklə, həftədə yarımmilyon ağacı xilas etmiş olacaqsınız.
- Hədiyyə paketlərindən istifadə etməyin. Kreativliyinizi işə salın. Hədiyyələri köhnə qəzetlərə bükün.
- Qabları qabyuyan maşına qoyarkən yaxalamayın. Buna həqiqətən ehtiyac yoxdur. Sadəcə qida qalıqlarını götürün və qabları maşına yerləşdirin.
- Ağac əkin. Bu hər bir kişinin borcu olmaqdan əlavə, həm də təbiət üçün böyük qatqıdır.
- «İkinci əl» məhsullarından istifadə edin. Kitablar, velosipedlər, və s. Bunda pis heç nə yoxdur.
- Yerli məhsullar alın. Beləliklə, həm yerli iqtisadiyyatı dəstəkləmiş, həm də təbiətə daha az ziyan vermiş olacaqsınız.
- Plastik fincan əvəzinə öz fincanınızdan istifadə edin. İnanın, qəhvəniz daha dadlı olacaq. Ən əsası isə, təbiətdən heç nə almayacaqsınız.
- İşıqları söndürün. Otaqdan 10 dəqiqəlik də çıxdığınız zaman işığı mütləq söndürün. Beləliklə, həm lampa sizə daha uzun müddət xidmət edəcək, həm enerjiyə qənaət etmiş olacaqsınız, həm də otağın istilik tepmeraturu dəyişəcək.
- Alışqan əvəzinə kibritdən istifadə edin. Atılmış alışqanların təbiət qarışması əsrlər alır.
- İstifadə etmədiyiniz əşyaları atmağa tələsməyin. Düşünün, bəlkə onlar kimin üçünsə faydalı olacaqdır.
- Biletləri online sifariş edin. Kağız biletlərlə müqayisə də bu üsul təbiətdən nisbətən az şey alır.
- Polietilen paketlərdən istifadə etməyin. Onlar təbiətə qarışmır və nəticədə dənizə atılaraq orada yaşayan canlıları zəhərləyir.
- Bu öyrəndiklərinizi paylaşın. Təbiəti qorumaq hər bir insanın borcudur. İnanın o, mütləq təşəkkürünü bildirəcək.