Türkiyəli fotorəssam və dizayner Aydın Böyüktaş Ankarada doğulub və qədim tarixə malik olan İstanbula daha böyük məhəbbət bəsləyir. Məhz şəhərə olan səvgisi və Edvin Ebbotun “Flatlandiya” adlı əsəri onu bu özünəməxsus lahiyəyə ruhlandırmışdır.

Aydın Boyüktaş (Aydın Büyüktaş) rəqəmli seriya işləri üçün tam üfüqi İstanbul şəhər landşaftına sürrealist baxış yaradır.  Müəllifin sözlərinə görə, bununla o ironiyanı və hamının hansısa çərçivələrə və ya şərtliklərə salmaq istədiyi dünyamızın necə də çoxtərəfli olduğunu qeyd etmək istəyir. Etiraf edək ki, Aydında bu “əla” alınır.