Bir neçə il əvvəl Süleymaniyyə məscidinin aşma təhlükəsi olduğu aşkar edilir. Əgər həll tapılmazsa, məscid qısa zamanda yıxılacaqmış . Məscidin bütün daşıyıcı yükü kəmərlərindəymiş . Bu kəmərlərin ortalarında olan kilid daşları zamanla aşınmış, amma əldə yazılı bir layihə olmadığı üçün necə dəyişdiriləcəyi bilinmirmiş .Dərhal Türkiyənin ən savadlı mühəndis və memarlarından ibarət olan bir heyət hazırlanır. Ortaya bir çox fikir atılır, hər başdan bir səs çıxır amma nəticə alınmır. Ölkənin ən yaxşı elm adamları bu problemi həll edə bilmir. Müzakirələr davam edərkən məscidin içində böyük bir qarışıqlıq hökm sürür. Ölkənin müxtəlif elm quruluşlarından bir çox memar , mühəndis kəmərləri araşdırırlar .Bu adamlardan biri ortalarda dolanarkən gizli bir bölmə tapır. Bölmədə, üzərində köhnə yazi olan bir kağız tapır. Mütəxəssislər tərəfindən araşdırılan kağızın orijinal olduğu anlaşılır. Bu kağız parçası şəxsən Memar Sinanın imzasını daşıyan bir məktub olur. Məktubda yazılanlar tərcümə edilir, ortaya belə bir mətn çıxır: “Bu qeydi tapdığınıza görə kəmərlərdən birinin kilid daşı aşınıb və necə dəyişdiriləcəyini bilmirsiniz “. Həmin məktubda Memar Sinan addım-addım kilid daşını necə dəyişdirəcəklərini izah edir. Heyət addım-addım Sinanın söylədiklərini edir və Süleymaniyyə məscidi, beləliklə, ayaqda qalır. Bu məktub indi Topqapı Sarayında saxlanılır.