Nə demiş Nizami? “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”.
Bu həqiqətən də belədir. Bəzən suyun yol açdığı fəsadlardan qurtulmaq, orqanizmin susuzluğu probemindən qurtulmaqdan qat-qat daha çətindir. Gəlin görək, su hansı hallarda faydalı olmaqdan çıxır?
- Yatmazdan öncə su içmək məsləhət görülmür. Səbəblər sadədir. Birinci səbəb yuxunun pozulmasıdır. Belə ki, su içdiyiniz təqdirdə gecə ayaqyolu ehtiyacınızı ödəmək üçün oyanacaq, daha sonra isə yatmağa çətinlik çəkəcəksiniz. İkinci səbəb isə böyrəklərin gecə fəal işləməməsinə görə səhər oyandığınız zaman üzünüzün və ayaqlarınızın şişmə ehtimalıdır.
- Alimlərin fikrincə idmanla intensiv məşğul olduğunuz saatlarda su içmək bir sıra fəsadlara yol aça bilər. İdmanla məşğul olduğumuz zaman bədənimiz isinir və biz tez-tez əlimizi su şüşəsinə uzadıraraq normadan artıq maye qəbul edirik. Beləliklə, elektrolitlərin orqanizmdən çıxmasına maneə oluruq. Bundan əlavə artıq içilən su ürəyə ağırlıq verir.
- Yanmanı su ilə söndürmək olmaz. Xüsusilə acı bibər yediyiniz halda. İş orasındadır ki, acı qida qəbul etdiyimiz zaman dilimizin yanmasına səbəb olan kapsaisin maddəsidir. Bu maddəni blok etmək və yanmanı dayandırmaq üçün analoji qida qəbul etmək daha məqsədə uyğundur. Məsələn süd. Su içdiyimiz zaman isə kapsaisin ağız boşluğuna və mədəyə yayılaraq vəziyyəti çətinləşdirir.
- Yemək yediyimiz zaman su içmək məsləhət görülmür. Belə ki, yemək yediyimiz zaman ifraz olunan tüpürcək həzm prosesi üçün faydalıdır. Su içdiyimiz zaman isə tüpürcəyin miqdarı azalır və həzm prosesində problemlər yaranır.
- Qarnınız artıq su ilə dolu ikən, gündəlik su tələbatınızı ödəməkdən ötrü su içməyə davam etmək təhlükəlidir. Artıq içilən su orqanizmdəki natrium maddəsini yuyub aparır, böyrəklərin fəaliyyətini ləngidir və qana lazımı maddələrin ötürülməsinə maneə olur.