«Hətta göylərə qalxmaq istəyənlər də ölmək istəmirlər».
«Təxminən bir il öncə mənə xərçəng diaqnozu qoydular. Səhər saat 7:30-da mənə mədəmdə olan şişin fotosunu verdilər. Daha öncə heç bu tip fotolar görməmişdim. Həkimlər mənə dedi ki, bu xərçəngin nadir formasıdır və minimum 3 ay, maksimum 6 ay ömrüm qalıb. Həkimim məsləhət gördü ki, gedim evə və işlərimi qaydasına salım. Həkim dili ilə desək ölməyə hazırlıq işləri görməliydim və bu o demək idi ki, yaxın 10 ildə övladlarıma deməli olduğumu 3 aya deməliydim. Əmin olmaq lazım idi ki, ailə dediklərimi asanlıqla qəbul etsin və reallığı anlasın. Bu o demək idi ki, sağollaşırdım
Diaqnoz qoyulan günün axşamı mənə biopsiya etdilər. Endoskopu boğazımdan bədənimə saldılar ki, şişdən nümunələr götürə bilsinlər. Mən özümdə deyildim əlbəttə ki, ancaq yanımda olan həyat yoldaşım dedi ki, hüceyrələrə mikroskop altında həkimlər baxan kimi qışqırmağa başladılar, çünki onların deməsinə görə məndəki xərçəng dünyada çox az görülmüşdü və bu əməliyyat ilə keçirdi. Mənə əməliyyat etdilər və indi özümü yaxşı hiss edirəm
Ölümlə üz-üzə bu qədər yaxın heç zaman durmamışdım və ümid edirəm ki, yaxın 10 ildə də durmaram. Bütün başıma gələnlərdən sonra sizə aşağıdakı sözlərimi deyə bilərəm:
Heç kəs ölmək istəmir. Hətta göylərə getmək istəyənlər də bu istəkləri üçün ölmək istəmirlər. Nə olsa da bilmək lazımdır ki, ölüm hər birimiz üçün təyinat nöqtəsidir. Heç kim heç zaman ondan qaça bilməmişdir və belə də olmalıdır, çünki ölüm ən gözəl kəşflərdən biridir. O, həyatda tərpəniş səbəbidir. O köhnələri təmizləyir ki, yenilər üçün yol açsın. İndi yenilik sizsiniz, çox da zaman qalmayıb. Yavaş-yavaş siz də köhnəlirsiniz və təmizlənirsiniz. Drammatik söhbətlərimə görə məni bağışlayın, amma bu reallıqdır.
Sizin zamanınız limitlidir. Ona görə özgələrinin həyatını yaşamaq ilə xərcləməyin onu. Digərlərinin düşüncələri ilə yaşamaq tələsinə düşməyin. Digərlərinin küylü fikirlərinin sizin daxili səsinizi üstələməsinə imkan verməyin və ən əsası ürəyiniz və intuisiyanızın ardınca getmək cəsarətini özünüzdə tapın. Onların sizin hansı yolda olmağınızı və kim olacağını bilirlər. Digər məsələlər artıq 2-ci dərəcəlidir…»