Stephen King, yazdığı 50-dən çox romanı və milyonlarla oxuyucusu ilə dünyanın yaşayan ən böyük yazıçılarından biridir. King, “Yazmaq üzərinə” adlı araşdırmasında, daha yaxşı bir yazıçı olmanın necə mümkün ola biləcəyini ətraflı şəkildə izah edir.



Məhz bu araşdırma yazısından önə çıxan başlıqlar:


1 – Televizoru söndürün və oxuya bildiyiniz qədər çox kitab oxuyun.
King’ə görə televiziya, “yaradıcı zehinin zəhəridir”; Bir yazarın təxəyyülü inkişaf etdirmək üçün etməli olduğu ilk işin televizizoru həyatından kənarlaşdırmaq olduğunu söyləyir.


2 – Öhdəsindən gələ biləcəyinizdən daha çox tənqidə və səhvə hazır olun.
King’ə görə bir yazıçının aldığı tənqidlər bəzən, yazmaqdan zövq almasına belə maneə törədə bilər, lakin belə anlarda belə yazmağa davam etmək lazımdır.


3 – Hər kəsi məmnun etməyə çalışmayın.
Aldığı məktublarda homofobik, cinayatə meyilli və hətta psixopat olduğuna dair tənqidlər aldığını söyləyən King, həqiqətən səmimi yazan və bu istiqamətdə əsərlər yaradan insanların mütləq bəziləri tərəfindən düşməncə reaksiyalara məruz qalacağını söyləyir.


4 – Əvvəlcə özünüz üçün yazın.
Stephen King, insanların əvvəlcə özlərini təmin etmək üçün yazmalı olduğunu söyləyir və ancaq bu hissi daşıyan bir insanın durmadan yazmaq üçün sahib ola biləcəyini cəsarətə də ehtiyacı olduğunu əlavə edir.


5 – Yazmaqda çətinlik çəkdiyiniz şeylərlə mübarizə aparın.
King, “Yazılması çətin olan şeylər, ən əhəmiyyətli şeylərdir” deyir və əlavə edir “Yazmaq, düşüncənin zənginləşməsidir”. King’ə görə, insanlar yazmaqda çətinlik çəkdikləri mövzuların üzərinə getmədikcə həqiqətən xəyal etdikləri mətni ərsəyə gətirə bilməzlər.


6 – Yazı yazarkən, dünyayla əlaqənizi kəsin.
Yazmağın, yazar və kağız arasındakı xüsusi bir əlaqə olduğunu söyləyən King, yazma müddətində yazarın hər cür diqqət yayındırıcı və diqqət pozan faktorlardan uzaq dayanmalı olduğunu söyləyir.


7 – Nümayişdən uzaqlaşın.
Göstəriş səyiylə yazılmış mətnləri paltar geydirilmiş ev heyvanlarına bənzədən King, insanın nə olursa olsun öz sözlərinə və hekayəsinə sadiq qalmasının lazım olduğunu və gerçək mənada xüsusi dili tutmanın ancaq belə mümkün ola biləcəyini söyləyir.


8 – Zərflərdən və uzun abzaslardan qaçın.
Kingin zərflərə qarşı düşmənliyi həqiqətən üst bir səviyyədədir. “Cəhənnəmə gedən yol zərflərlə döşənmişdir” deyən King, eyni zamanda uzun abzasların da oxumağı çətinləşdirdiyini düşünür.


9 – Qrammatik cəhətdən heç səhv etməməyi özünüzə dərd etməyin.
Əslində King, heç bir mövzunun dərd edilməməli olduğunu söyləyir; əsas olaraq hekayənin oxucuya doğru şəkildə çatdırılmasının vacib olduğunu qeyd edir.


10 – Detallarda ustalaşın.
King, detalların yazarın xəyal gücündə ortaya çıxdığını və oxucunun zehnində sona çatdığını söyləyir. Hekayənin qəhrəmanları, məkanları və ya başqa hər hansı bir xüsusiyyəti; bütün bunlar oxucunun zehnində “gerçəkmiş kimi” canlanmalıdır. Hətta oxucunun hiss etməsini istədiyiniz duyğunu doğru və ətraflı məlumat və izahatla çatdıra bilərsiniz.