Soyuqdəymə ilin istənilən fəslində insanın başına gələ bilər, xüsusilə də kəskin hava dəyişikliyi soyuqdəyməyə səbəb olur. Soyuqdəymədən qorunmaq onu müalicə etməkdən asandır. Bunun üçün bir neçə qaydaya əməl etmək lazımdır:
1. Vitamin qəbul edin. Lazımi miqdarda qida məhsulları, minerallar və vitaminlər enerji ehtiyatlarını bərpa edir və immun sistemini yaxşı formada saxlamağa kömək edir. Soyuq havada bizim bədənimiz daha çox enerji sərf edir. Yaxşı qidalanıb vaxtında vitaminləri qəbul etsəniz, Orqanizminizə enerji itkiləri zamanı kömək etmiş olacaqsınız.
2. Çoxlu yatın. Yuxu birbaşa olaraq immun sisteminə işləyən prosesdir. Yuxusuzluq orqanizmin enerji yığmasına mane olur. Hamıya məlumdur ki, orqanizm yuxu zamanı özünü bərpa edir.
3. Burun tutulmasını vaxtında müalicə edin. Çoxları hesab edir ki, bu “yüngül” xəstəlik öz-özünə keçə bilər, lakin burnun selikli qişası mikroblar üçün əla yaşam mühitidir və buna görə də onlar tezliklə orada çoxalır və iltihabi hal alır.
4. Çoxlu miqdarda maye qəbul edin. Su bədənimizdəki toksinləri ixrac edir. Hər hansısa xəstəlik və ya soyuqdəymə ilə mübarizə orqanizm daha çox maye sərf edir. Buna görə də daimi maye resurslarının itkisini bərpa etmək lazımdır. Susuzluq baş ağrıları və oynaq ağrılarına da səbəb olur.