Limonun faydaları

• C vitamini baxımından zəngindir.
• Qaraciyəri təmizləyir.
• Bağırsaqları təmizləyir.
• Böyrək və öd daşlarının ərinməsinə yardım edir.
• Beyin sağlamlığını qoruyur.
• Yüksək təzyiqə yaxşı gəlir.
• Antioksidantdır.
• Göz sağlamlığını qoruyur.
• Qripə qarşı bədəni gücləndirir.
• Dəriyə parlaqlıq verir.
• Qaşıntıya yaxşı gəlir.
• Həzmə köməkçi olur.


Limonun qida dəyərləri
1 ədəd qabığı soyulmuş limon:
• Gündəlik c vitamini ehtiyacının 51%ini,
• B6 vitamini ehtiyacının 2%ini,
• Folat ehtiyacının 1%ini,
• Kalsium ehtiyacının 2%ini,
• Dəmir ehtiyacının 2%ini,
• Maqnezium ehtiyacının 2%ini,
• Fosfor ehtiyacının 1%ini,
• Kalium ehtiyacının 2%ini qarşılayır.


Təbii ki hər faydalı şey kimi limonun da yan təsiri vardır. Limonun yan təsirləri:
• Həzmə faydalı olan mayelərin yaranmasını artıran limon suyu, mədədə turşuluğun artmasına yol aça bilər.
• Digər turş qidalar kimi limon və ya limon suyundan çox istifadə edildikdə diş minalarına zərər verə bilər.


Limonun bəzi istifadə sahələri
• Ağız qoxusu və boğaz ağrısını keçirmək üçün limonlu suyla qarqara edə bilərsiniz.
• Limon suyu ilə duzu qarışdırıb farfor əşyalarınızı təmizləyə bilərsiniz.
• Bağ evlərində pəncərələrin kənarına qoyulan limon, ağcaqanadların uzaqlaşmasına kömək edəcəkdir.
• Saçları limonlu su ilə durulasanız, o saçlarınıza parlaqlıq verəcəkdir.
• Mis əşyaları duzlu limonla təmizləyə bilərsiniz.