Həyat onsuz da kifayət qədər çətin ikən dünyaya bir də solaxay olaraq gəlmək var. Dünyanın 90%-inin sağaxay olaraq dünyaya gəlməsi bunun ən böyük səbəbidir. Qayçıdan, universitet partalarına qədər bir çox əşya hazırlanarkən solaxaylar heç düşünülməmişdir. Hətta sırf buna görə yalnız solaxaylar üçün xüsusi hazırlanan əşyaların satıldığı mağazalar var. Problem bununla da bitmir.
Məktəblərdə sol əliylə yazan uşaqları zorla sağ əliylə yazdırmağa çalışan, sol əliylə yazmağa davam edənləri isə cəzalandıran insanlar belə vardır.
“Nədir bu solaxayların çəkdiyi?” deyir və solaxaylar haqqında bilinməyən 15 maraqlı məlumatı sizlərə təqdim edirik.
1. Dünyadakı insanların 10% -i solaxaydır.
2. Solaxay kişilərin sayı, solaxay qadınlara görə daha çoxdur.
3. 13 Avqust Dünya Solaxaylar günüdür.
4. Edilən araşdırmalar, solaxay insanların digərlərinə görə 9 il erkən öldüyünü göstərir.
5. Solaxayların şizofren və Dyslexia olma ehtimalı daha yüksəkdir.
6. İngiliscə sol mənasında istifadə olunan ‘left’ sözü, zəif mənasını verən lyft sözündən götürülmüşdür.
7. Usame bin Ladin, Bill Gates və Leonardo da Vinçi solaxaydır.
8. Solaxayların allergiya olma ehtimalı daha yüksəkdir.
9. Pişik və siçanların 50%-i sol pəncələrini istifadə edir.
10. Solaxaylar sağaxaylara görə şiddətə daha meyllidir.
11. LRRTM1 adlı gen, insanların solaxay olmasında əhəmiyyətli bir rol oynayır.
12. Solaxay insanların sağ və sol beyin yarımkürələri arasındakı əlaqə daha yaxşıdır. Bu da solaxayların eyni anda iki işlə daha yaxşı məşğul ola biləcəklərini göstərir.
13. Araşdırmalara görə solaxaylar digər insanlara görə məktəb həyatlarında daha uğursuzdur.
14. Solaxaylar üçün sağ əlini istifadə etmək, sağaxayların sol əlini istifadə etməsindən daha asandır.
15. Dünyadakı insanların yalnız 1%-i iki əlini də eyni anda istifadə edə bilir.