Asteklər şokoladı Allahların qidası adlandırırdı. Avropada isə şokolad müalicə vasitəsi olaraq apteklərdə satılırdı. Bu gün isə şokolad ən çox sevilən ləzzətlərdəndir.
Gəlin görək, 1 tünd şokoladdan zövq aldıqdan sonra, orqanizmimizdə hansı dəyişikliklər baş verir?
Şokolad yedikdən 10 dəqiqə sonra..
- şokoladın tərkibində olan triptofan serotonin hormonunun ifrazına səbəb olur. Nəticədə əhval-ruhiyyə qalxır;
- beyində qan dövranı yaxşılaşır, qan damarları genişlənir;
- təzyiq aşağı düşür;
- kakao yağı dişləri zərərli bakterialardan müdafiə edir. Beləliklər, dişlər təmizlənir.
Şokolad yedikdən 30 dəqiqə sonra..
- öskürəklə mübarizə başlayır;
- antioksidanlar və flavonoidlərin vasitəsilə ultabənövşəyi şuaların təsirinin qarşısı alınır;
- orqanizmə PP, B1, B2, E, Ca, Mg, Na, K, P və Fe vitaminləri və mikroelementləri daxil olur.