Statistikaya əsasən 10 nəfərdən 9 nəfər şokoladı sevir. Qalan 1 nəfər isə sevmədiyini iddia deyərək, yalan demiş olur. Şokolad yemək üçün bəhanə axtarırsınız? Bizdən sizə bəhanə yox, əsaslandırılmış 6 fakt!
- Şokolad ürək üçün faydalıdır. Kembric Universitetinin apardığı araşdırmalara əsasən, şokolad ürək-damar xəstəliklərinin yaranma ehtimalını 3 qat azaldır.
- Şokolad əhval-ruhiyyəni qaldırır. Şokoladların hazırlandığı kakao-babların tərkibində maqnezium maddəsi mövcuddür. Bu maddə stresi aradan qaldırır, depressiyanı yox edir və endorfin ifrazını stimullaşdırır.
- Şokolad çəki atmağa kömək edir. Bəli, bəli! Mütəxəssislər iddia edir ki, şokolad metabolizmi gücləndirir, hüceyrələrin daha aktiv fəaliyyətini təmin edir və yağları neytrallaşdırır.
- Şokolad yaddaşı gücləndirir. İtaliya alimləri sübut etmişdir, şokolad yeyən yaşlı insanların yaddaşı və eşitmə qabiliyyəti daha güclüdür.
- Şokolad ömrümüzü uzadır. Harvard Universitetində 18 il ərzində 8000 məzunun iştirakı ilə aparılmış araşdırma göstərmişdir ki, şokolad yeyən insanlar digər insanlardan ən az 1 il daha çox yaşayır.
- Şokolad dahilərin qidasıdır. “The England Journal of Medicine” jurnalının apardığı araşdırması maraqlı bir faktı ortaya çıxarmışdır. Daha çox şokolad istehlak edən ölkələrin siyahısı ilə, Nobel mükafatı qaliblərinin olduğu ölkələrin siyahısında 23 ölkə eynidir.