Ədəbiyyat – Həmsöhbətiniz mütaliəni sevir? Cavab müsbətdirsə, deməli müzakirə üçün “tema” hər zaman var. Müzakirə zamanı həmsöhbətinizin ən sevimli yazarını və əsərini, üstünlük verdiyi ədəbi janrları öyrənə bilərsiniz və özünüzün bu sahəyə baxışınızı bildirə bilərsiniz.
Əyləncəli məşğuliyyətləriniz– Məsələn, əgər roliklər üzərində gəzintini sevirsinizsə, bu haqda həmsöhbətinizi məlumatlandırın və sonda birgə rolik sürməyə dəvət edin.
Zərərli vərdişlər – Əlbəttə ki, söhbət zamanı “yüngül” zərərli vərdişlərdən söhbət açıla bilər. Məsələn: hər zaman gecikmə, qəlmləri itirmək və s.
Yemək – Dadlı söhbətlər üçün uyğun mövzu . Söhbətin sonunda həmsöhbətini sevdiyiniz yeməyi yeməyə dəvət edə bilərsiniz.
Avtomobil, nəqliyyat – Bu sahədə olan yenilikləri həm bölüşmək, həm də eşitmək hər iki tərəf üçün çaraqlı olar.
Heyvanlar – Əgər, özünüzün ev heyvanı varsa, onu söhbət zamanı xatırlatmağı unutmayın.
Səyahət və gəzintilər – Səyahət etdiyiniz məkanlar, həmin məkanların müsbət və mənfi tərəflərini dinləmək həmsöhbət üçün maraqlı olacaq. Həmçinin, sonda gələcəkdə səyahət etmək istədiyiniz məkanları da qeyd etməyi unutmayın.
İstirahət – Şənbə və bazar günləri istirahətinizi necə keçirtdiyiniz haqda danışın. Lakin cavabda “bütün günü yatıram” ifadəsini eşitsəniz həmsöhbətinizi tənqid etməyə tələsməyin və hər şeyə anlayışlı yanaşmağa çalışın.
İş və təhsil – Təhsil və iş həyatınızdakı baş vermiş gülməli hadisələri danışın. Kollektiviniz və müdiriniz haqda da bir şey qeyd edin və əmin olun ki, həmsöhbətinizlə ortaq cəhətləriniz tapılacaq.
İdman – Sevdiyiniz idman növündən başlayıb, xoşlamadıqlarınızla bitirin.
Muzeylər, tarixi abidələr – Hər bir şəhərdə belə yerlər var və əksər hallarda belə məkanlarla bağlı maraqlı hekayələr, hadisələr olur.
Uşaqlar – Uşaq olan yerdə həmişə mövzu və təbəssüm var, çünki körpələrin ilk sözləri, davranışları və hərəkətləri əksər hallarda bizi gülümsəməyə vadar edir.
Geyim – Qızlar üçün həmişə 1-ci yerdə duran mövzu.