Ümumiyyətlə, uşaqların heyvanlara baxması və onlarla əylənməsi üçün gedilən sirklərin pərdə arxasında yaşananlar insanın vicdanını narahat edir. O böyük, vəhşi heyvanların əmrlərə problemsiz şəkildə tabe olması sizcə sevgi ilə mi olur? Bir də sirkə gedəcəyiniz zamanlar bu gerçəkləri unutmayın.
1. Heyvanların təbiəti qəfəslər deyil.
Aslanlar meşədə alovlu çevrələrin içindən atılmırlar və ya fillər topla oyanmırlar. Ucsuz-bucaqsız meşələrində sərbəst yaşayan bu heyvanlar sağa-sola belə dönə bilmədikləri kiçik qəfəslərə həbs olurlar. Orada öz ifrazatlarının içində yemək yeyirlər, qısacası yaşayırlar.
2. Fillər uzun illər zəncirlərə bağlı şəkildə tərbiyələndirilirlər.
İnsanlar ən çox filləri tərbiyələndirərkən qorxurlar və zərər verməmələri üçün uzun illər zəncirlərə bağlı saxlayırlar. Körpəykən analarından qoparılan fillər də, iplərlə bağlanır. Bu, iplər gövdələrində kəsiklərin yaranmasına səbəb olur.
3. Sirkdə nümayiş üçün bəslənən heyvanlar.
Təbii mühitlərində ovlarının arxalarından qaçaraq xoşbəxt sona çatan heyvanlar, insanların əlində bədbəxt son yaşayırlar. Nümayişə hazırlanan heyvanların kobud olmamaları üçün və yaxşı performans sərgiləmələri üçün həddindən artıq qidalandırılırlar.
4. O möhtəşəm performansların arxasında sevgiylə verilən tərbiyələr dayanmır.
Əsla edə bilməyəcəkləri və ya etmədikləri hərəkətlər pedaqoqlar tərəfindən işgəncəyə çatan üsullarla heyvanlara etdirilir.
5. Elektro şok və qamçılarla öyrədilən heyvanlar
Sözdən anlamayan heyvanları öyrətmək üçün şiddət tətbiq olunur. Elektro şok, qarmaqlar, çubuqlar və cür cisimlərlə heyvanlar əhilləşdirilir.
6. Ayıların ayaqüstə dayana bilməsi üçün pəncələri yandırılır.
Ailəvi olaraq heyranlıqla, onların insan kimi ayaqüstə dayanıb gəzmələrini izlədiyimiz ayılar üçün etdiklərinin əvəzi çox ağırdır.
7. Heyvanlar da psixloji olaraq gərginlik keçirirlər.
Yaşadıqları mühit və yaşadıqları üzündən heyvanlar ruhi pozğunluqlar keçirirlər. İnsanlara qarşı vəhşiləşirlər. Araşdırmalar göstərir ki, 1990-cı ildən bu yana aslan, pələng kimi həbs edilmiş böyük pişiklər 46 insanın, ayılar 13 insanın, həbs edilmiş fillər isə 57 insanın ölümünə 120 insanın da yaralanmasına səbəb olmuşdur.
8. Heyvanların təqaüd zamanları isə ölümlə birlikdə gəlir.
Bir heyvan ya sirkə çıxarıla bilməyəcək yaşa gəldikdə, ya da zədələndiyi zamanlarda, ölənə qədər bir qəfəsə həbs olunur, ya da zənginlər ovçuluq həvəslərini alsın deyə ov heyvanı olaraq satılırlar.
9. Adı nə olursa olsun sirk demək, heyvanlara işgəncə deməkdir! Hətta buna görə bir çox ölkədə sirkdə heyvanların istifadə edilməsi qadağan edilmişdir.
Heyvanların sirklərdə istifadəsini qadağan edən ilk ölkə Bolivyadır. Yunanıstan, Kosta Rika, Avstriya, Sinqapur, Finlandiya, Hindistan, Portuqaliya, Xorvatiya, İsrail, İsveç, Macarıstan, İrlandiya da sirklərdə vəhşi heyvanların istifadəsini qadağan edən ölkələrdəndir. Bu ölkələrə son olaraq İngiltərə əlavə olunmuşdur.
“Heyvanlardan insanların əyləncəsi olsun deyə istifadə olunması, heyvanların seyr etdirilməsi və heyvanların istifadə olunduğu təqdimatlar heyvan şərəfinə ziddir.”