Bunun səbəbi pul olmadan kommunal bir həyat sürmələri, Şirin babanın Karl Marksa oxşaması və qırmızı şapka geyinməsidir.
Cizgi filmində hər kəs öz işini görür və xoşbəxtdir. Hər kəs eyni şeyi geyinir. Cizgi filmindəki “Şirinlər”in düşməni Qarqamel keşiş cübbəsi geyinir və dini təmsil edir, qızıl və pul düşkünüdür (kapitalizm) və onların yemək (missionerlik) kimi bir çox gizli ünsürləri daşıdığı iddia edilib. Şirinlər kəndində bir dənə də belə ibadət yeri yoxdur. Nə kilsə, nə sinaqoq, nə də məscid. Şirinlər kəndində indiyə qədər heç pul istifadə edən şəxs gördünüzmü? Bəli, pul istifadə edilməz, amma hər kəs özünə lazım olan şeyləri pulsuz əldə edir.
Tənbəl şirin belə heç bir iş görmədiyi halda bütün şirinlərlə eyni standartlarda yaşamaqdadır (tənbəllik haqqı). Şirin çiyələyi tarlaları yalnız bir şirinə aid deyil, bütün şirinlər bu tarlada haqq sahibidir. Qarqamelin pişiyi Nəhəng isə (bu pişiyin orijinaldakı adı Əzraildir) rəmzi olaraq ABŞ-ın arxasınca getməkdən imtina etməyən kiçik ölkələri təmsil edir. “Şirinlər” cizgi filminin yaradıcısı Peyo özü sosialistdir. “Şirinlər”i ortaya çıxardığı zaman iki qütblü bir dünya vardı. Bir tərəfdə ABŞ, digər tərəfdə SSRİ. Sosialist olan Peyo hazırladığı cizgi filmi ilə bir mesaj vermək və imperialist Amerikaya qarsı bu yolla təbliğat aparmaq istəyib. Əlavə olaraq, Şirinlərin ingiliscə yazılışı “smurf”dır ki, onun da açılışı “socialist men under red flag”dir. Yəni “qırmızı bayraq altında yaşayan adamlar”.