Astma xəstələri və siqareti yeni tərgidənlər üçün çox faydalı təsirə malik olan bir çox bitkilər mövcuddur. Həmin bitkilər ağciyərlərin ümumi fəaliyyətinə müsbət təsir gücünə malikdir. Qadınklubu.com siqaretin mənfi təsirlərini azaldaraq ağciyəri təmizləyən möcüzəvi bitkiləri sizə təqdim edir.

Zəncəfil: Çox qüvvətli antioksidant olan zəncəfil, ağciyərləri təmizləyir. Bir neçə növ toksinləri, bəlğəm və arzuolunmaz hissəcikləri ağciyərdən xaric olunmasına kömək edir. Bunun üçün zəncəfilin çayını qəbul edə və ya əgər bacarsanız zəcəfili yeyə bilərsiniz.

Əməköməci: Qaynar suda 1 ovuc əməköməci qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir. Bu siqaretin ağciyərlərə pis təsirinin qarşısını alır. Bundan başqa bu bitki ağciyər xərçəngindən orqanizmi müdafiə edir, bəlğəmi artırır.

Sarımsaq: Sarımsaq çox güclü antioksidant olmaqla yanaşı tərkibində olan alisin maddəsi ağciyərləri təmizləyir.

Evkalipt: evkalipt təbii antibiotikdir həçinin bu bitkinin tərkibində bir sıra yağlar var. Bu efir yağları ağciyər infeksiyasına qarşı müsbət təsir gücünə malik olmaqla yanaşı qan yaranması prosesini sürətləndiriərək bədəndə qanın artmasına səbəb olur. Bəlgəmli öskürəyin, intensiv boğaz ağrısının müalicəsində evkaliptin tərkibində olan efir yağlarından istifadə olunur. Təzə evkalit çayı bronxit və sinuzitə qarşı müsbət təsir göstəriri. Bundan başqa güclü öskürək və bronxitə qarşı evkalipt dəmləməsinin buxarı ilə nəfəs almaq tövsiyyə olunur.

Keçibuynuzu: Xüsusilə siqaret çəkənlər üçün keçibuynuzu bitkisi çox faydalıdır. 5 ədəd keçibuynuzu bitkisini 1 litr suda qaynadılır və ac qarına içilir bu dəmləmə siqaretin zədələdiyi ağciyərləri bərpa edir.