Siqaret tüstüsündə xüsusi təhlükəli 10 maddə
Aparılan araşdırmalara görə, orta statistik siqaret istifadəçisi gündə təxminən 15 siqaret çəkir. Alimlər bildirir ki, 5 siqaretdə insanı öldürəcək həcmdə nikotin var. Hər siqareti çəkərkən insanın orqanizminə 1-2 milliqram nikotin gedir.
Siqaretin tərkibi uzun müddət istehsalçılar tərəfindən gizli saxlanılıb. Lakin 1998-ci ildə onlar bunu açıqlamağa məcbur ediliblər və məlum olub ki, siqaretin təkibində 4 mindən artıq kimyəvi maddə mövcuddur. Onlardan 10-u ən zərərli və təhlükəli maddələrdir. Onlar aşağıdakılardır:
1. AMONYAK– Bu maddə nikotinin orqanizmdə yaxşı sorulmasını təmin edir. Amonyakın gübrənin əsasını təşkil edən bir maddə olduğunu qeyd etməklə onun nə dərəcədə təhlükəli maddə olduğunu anlamaq mümkündür.
2. ARSENİK– bu maddə eyni zamanda tarlalarda siçanları öldürmək üçün istifadə olunur.
3. KADMİUM– siqaretin filtirində olan kadmium həmçinin mobil telefonların batareyasında istifadə olunur.
4. FORMALDEHİD– siqaretin tütüsünü təşkil edən bu maddədən eyni zamanda cəsədləri mumiyalayarkən istifadə olunur.
5. ASETON– daha çox qadınlar dırnaqlarına çəkdikləri boyanı təmizləmək üçün istifadə edirlər.
6. PROPLENQLİKOL– nikotinin beyinə daha tez çatmasına zəmin yaradır. Siqaretə alışqanlıq hissi yaradır.
7. TEREBANTİN– daha çox nanəli siqaretlərin tərkibinə vurulan bu maddə boyaların təmizlənməsində istifadə edilir.
8. BUTAN– siqaretin asan yanmasına kömək edir.
9. BENZEN– zərərvericilərə qarşı hazırlanan preparatlarda və benzin yanacağında istifadə edilir.
10. QURĞUŞUN– orqanizmə zərərli maddədir.
Siqaretin bəxş etdiyi qorxunc xəstəliklər
Siqaretin səbəb olduğu xəstəliklər adamı dəhşətə gətirir:
Tez qocalma – Daimi bir şəkildə siqaret çəkilməsi, dəri quruluşunu pozaraq qırışıqlıqlara gətirib çıxarır. Bundan əlavə dişlər saralır və qaralır, dırnaqlar zəifləyir.
Diş çürüməsi – Siqaret çəkmək dişlərin çürüməsinə və nəticədə tökülməsinə səbəb olur.
Ürək xəstəlikləri – Siqaret çəkənlərin ürək xəstəliyinə tutulma riski çəkməyənlərə nisbətdə 4 qat daha çoxdur.
Qırtlaq xərçəngi – Gündə 25 ədəd siqaret çəkmək 30 qat daha çox qırtlaq xərçənginə tutulma riskini artırır. Bu da əvvəlcə tələffüz çətinliyinə, irəliləyən mərhələlərdə isə tamamilə danışıq qabiliyyətinin itməsinə səbəb olur.
Boğaz xərçəngi – Boğaz xərçəngi xəstəliyinə 80% siqaret səbəb olur.
Mədə xərçəngi – Siqaret çəkənlərin mədə və ya bağırsaq xərçənginə tutulma riski çəkməyənlərdən 2 qat daha çoxdur.
Qaraciyər xərçəngi – Qaraciyər xərçəngi xəstəliyinin 80%-i siqaretin təsirindən olur.
Menapoz – Siqaret çəkən qadınlarda vaxtından 5-10 il əvvəl menapoz baş verir. Bu da sümüklərin daha tez incəlməsinə və əriməsinə səbəb olur.
Vaxtından əvvəl doğum – Gündə yalnız 5 ədəd siqaret çəkən hamilə bir qadının vaxtından əvvəl doğum etməsi, ya da olduqca kiçik və sağlam olmayan bir körpə doğma riski son dərəcə yüksəkdir.
Şəkər xəstəliyi – Siqaret çəkmək bədənin insulin ifraz etmə qabiliyyətini azaldır. Bu da şəkər xəstəliyinə yol açır.
Şəkər xəstəliyi – Siqaret çəkmək bədənin insulin ifraz etmə qabiliyyətini azaldır. Bu da şəkər xəstəliyinə yol açır.
Qanqren – Ağciyərlər zəiflədiyi üçün, bədənə çox az oksigen yayılır. İnsan bədəni bu çox az miqdardakı oksigeni daxili orqanlara paylamaq məcburiyyətində qalır. Buna görə ürəyə ən uzaq orqanlar olan barmaq uclarından etibarən hüceyrələr sürətlə zəncirvari olaraq ölür. Çox vaxt qollar, ya da ayaqlar kəsilə bilər.
Qida borusu xərçəngi – Bu xərçəngə tutulmağın səbəbi məhz siqaret çəkməkdirBütün bunlar siqaretin törətdiyi xəstəliklərin olduqca az bir hissəsidir. Bəs alternativ vasitələr- elektron siqaretlər necədir? Onların sağlamlığa zərəri varmı?
P.S. 31 may Ümümdünya Tütünsüz gündür. Bu gündən bu dəhşətli vərdişlə vidalaşmaq olar. Bunun üçün çox sayda vasitələr var. Ən əsası iradədir. İradə olsa, istər elektron siqaretin, istərsə də digər vasitələrin köməyi ilə bu dəhşətdən qurtula bilərsiniz.