Amerikanın Oklahoma şəhərində  məktəblərinin birində təmir vaxtı ustalar tərəfindən, ötən əsrin əvvəllərinə aid olan və üzərində 1917-ci ildə şagirdlərin və müəllimlərin etdikləri yazıların və rəsmlərin olduğu sinif lövhəsi tapılmışdır.



Köhnə sinif lövhələrinin yerinə yeniləri  asıldığından, köhnə yazılar günümüzə kimi gəlib çıxmışdır.


Onlardan birində  1917-ci ilin dekabr ayına olan təqvim çəkilmişdir.


Digərində isə ortasında və kənarlarında rəqəmlər olan  qeyri-adi dairə çəkilmişdir.

Mütəxəssislər hesab edirlər ki, belə qeyri-adi üsulla uşaqlara hesab öyrədirdilər.

Bu pedaqoji metod bu gün amerika məktəblərində tamamilə unudulmuşdur.


Şəhər hakimiyyəti tapıntıları muzey eksponatı kimi  saxlamaq istəyir.