1993-cü ildə real hadisələr əsasında çəkilmiş «Şindlerin siyahısı» filmi alman iş adamı Oskar Şindlerin mindən çox yəhudi işçisini xilas etməsindən bəhs edir. Ssenari belədir. Lakin filmin gizli bir fəlsəfəsi var.
Ağ-qara filin ideyası qırmızı paltolu qızcığazda gizlidir. Filmin rejissoru Stiven Spilberq bunu belə izah edir: «ABŞ da və SSSR də, İngiltərə də Holokost haqqında bilirdi, ancaq heç kim onun üçün heç nə etmədi. Heç birimiz bu ölüm marşını dayandırmaq üçün vəsait xərcləmədik. O, nəhəng qırmızı ləkə idi. Onu hər kəs görürdü, ancaq heç kəs heç nə etmirdi.»
Bütün zamanların klassikasına hələ də baxmayanlar üçün: