2020-ci ilin ilk günlərini yaşayırıq. Yeni ili həvəslə qucaqlayarkən, keçdiyimiz illərdə nələr etdiyimi analiz edirik, çünki daha yaxşı bir il olmasını arzulayırıq, özümüzü inkişaf etdirməyə çalışırıq. Bəs yeni ilə başlayan zaman özümüzü daha rahat və yüngül hiss etmək üçün nələr etməliyik? Təbii ki, yüngülləşməyin yolu bir şeyləri atmaqdır…
1. Yığılıb qalmış lazımsız kağız yığınları
Gün içində əlimizə keçən kağızları, fişləri, kommunal kağızlarını atmayıb, yığmağımızın tək səbəbi var; tənbəllik. Əminik ki, sizin də bir yerlərdə yığılıb qalmış belə kağız parçalarınız var. Bu dağınıqlıq isə sizin enerjinizi aşağı salır. Ona görə artıq nə varsa, hamısından qurtulmaq lazımdır. Oxumadığınız kitabları və işlətmədiyiniz dəftərləri də pay verin, qalan vacib kağızları isə bir siyirmə və ya qutunun içində saxlayın.
2. Vaxtı keçmiş məhsullar
Təbii ki, evimizdəki bütün məhsulların – kosmetika, qida, dərman və s. son istifadə tarixini ağlımızda tuta bilmərik. Buna görə də, işlətdiyimiz əşya və qidaları ayda 1 dəfə kontrol etməkdə fayda var.
3. Qırıq, köhnə, zədəli məhsullar
Xarab olmuş saç feni, nə vaxtsa düzəltdirərəm deyə şkafda saxladığınız ayaqqabı cütü… vaxtında həll etmədiyiniz üçün evdə yığılıb qalmış bir yığın problemli əşya olur. Bu əşyalara da ehtiyacınız olmadığını qəbul edin və onlardan da qurtulun.
4. Gələcəkdə geyinərəm deyə ayırdığımız geyimlər
Hər birimizin qarderobunda “gələcəkdə geyinərəm”, “bir gün lazım olar” deyə saxladığımız bir çox əşya var. Hətta endirimlərə dayana bilməyib aldığımız, amma geyinilməyi gözləyən bir çox paltarın isə geyinmək günü gəlib çatmır. Belə paltarlarınızı seçib, onlara ehtiyacınız olmadığınız qəbul edərək onlardan bir şəkildə qurtulmalısınız.
5. Xatirə var deyə saxlanılan əşyalar
Yeni il, ad günləri, partilərdən qalan bir yığın əşya olur. İstifadə etmək istəmədiyiniz suvinirləri evinizdə saxlamaq məcburiyyətində deyilsiniz…
6. Bəlkə lazım olar, deyə saxladığımız məhsullar
Əlavə düymələr, iplər, boş qablar, qutular, aksesuarlar və s… Bu kimi şeylər bəlkə haçansa lazım olar deyə evimizdə boşuna yer tuturlar. Halbuki bunlar, lazım olduğu zaman rahat şəkildə əldə edə biləcəyimiz məhsullardır.