Marilyn Monroe, məşhur olmadan əvvəl, Norma Jeane Dougherty olaraq tanınırdı. 1946-ci ildə, bir gün fotoqraf sevgilisi André də Dienes ilə birlikdə, gələcəyin ən cazibədar sarışını Marilyn’in fotoşəkillərini çəkmək üçün Malibu plajına getdilər. Dienes, birlikdə keçirdikləri o günü aşağıdakı cümlələrlə canlandırır:
“O sadəcə 20 yaşında idi və hələ onun işığının, qəhqəhələrinin üzərində bir kölgə vardı… İçimdən ona bəzi sözlərin mənaları ilə bağlı suallar soruşmaq gəldi. Suallarımı, xüsusilə heç düşünmədən cavablamasını istədim. Sözlər belə idi: Xoşbəxtlik, sürpriz, şübhə, zəka, kədər, bədbəxtlik, ölüm, sülh… Mən ‘ölüm’ dediyim zaman, üzərindəki tünd rəngli şalı aldı və onunla başının hamısını örtdü. Çünki ölüm onun qaranlığı, heçliyi idi. Başqa bir reaksiya göstərməsi üçün ona, ölümün bir başlanğıc ola biləcəyini söylədim. Amma o başını “xeyr” mənasında yellədi və “Mənim üçün ölüm budur” dedi. Ona görə ölüm, hər şeyin sonu idi. “