Tarix boyu ən çox danışılan, müzakirə edilən mövzulardan biri və ən vacibi sevgidir. Bu dəfə Bildirchin.az olaraq dahi şəxsiyyətlərin, məhşurların sevgi haqqında dediyi sözləri topladıq və sizə təqdim edirik. 🙂
- Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. (P. Bruast)
- Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. (V. Hüqo)
- Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. (B. Şou)
- İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. (B. Dizraeli)
- Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevırlər. (V. Hüqo)
- Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. (H. Heyne)
- Hər bir sevgi əbədi olmaq istəyir. (E.M. Remark)
- Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. (H.Heyne)
- Bütün sevənlər bacardıqlarından artığına söz verirlər, amma bacardıqlarını belə edə bilmirlər. (U. Şekspir)
- Sevgidə ağlı itirirsən, nigahda isə bu itgini artıq başa düşürsən. 🙂
- Kimisə unutmağa çalışmaq, ömrün boyu onu xatırlayacaqsan deməkdir. Düşüncələr və xatirələr sadəcə sevgini dahada gücləndirir. (L. Jan De)
- Əsl sevgi ruha bənzəyir. Hamı onun haqqında danışır, amma çox az adam görür. (P. Fransua De)
- Gözəl olan sevgili deyil, sevgili olan gözəldir. (L. Tolstoy)
- Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər. (İ. V. Höte)
Sizə əsl sevgini yaşamağı arzu edirik! Bu mövzuda sevdiyiniz və ya düşündüyünüz sözləri şərh olaraq yazmağı unutmayın. Sevgilərlə, biz. 🙂