Qida qarnımızı doyurmaqdan əlavə, həm də bizi stresdən azad edir və xoş əhval ruhiyyə ilə təmin edir. Həyatımızda bu qədər önəmli yer tutan ərzaqların sən demə, sirləri də var imiş. Məsələn, göbələk həşaratlarla uzaq qohumdur, qaynadılmış kartof isə zərərli ola bilər..
- Təəccüblü olsa da, faktdır! Alma, armud, gavalı və hətta badam – qızılgül fəsiləsindəndirlər.
2. Harvard Universitetinin apardığı araşdırma göstərmişdir ki, qəhvə aludəçiliyi irsi keçir.
3. Qarğıdalı hər zaman cüt sayda dənəcikdən ibarətdir. Ən maraqlısı isə odur ki, mağazalarda qarşımıza çıxan bir çox məhsulun tərkibində qarğıdalı var. Elə götürək fişəngi..
4. Püstə kütləvi şəkildə daşınarkən alışa bilər. Tərkibində çox miqdarda yağ və az miqdarda su olması və ən əsası oksigen udub, karbondioksit buraxması buna başlıca səbəbdir. Bu səbəbdən də püstə gəmilərdə daşınarkən, xüsusi təhlükəsizlik qaydalarına riayyət olunur.
5. Tekilanı borclu olduğumuz aqava bitkisinin tozunu yarasalar yayır. Ən maraqlısı isə odur ki, tekildan kiçik-kiçik almaz daşları hazırlanır.
6. Tuna balığının konservasında yuxarı miqdarda civə var.