Əsgər Cornoy tərəfindən Amerika ordusunun tərkibində gəmiyə mindirilən Stubby, Cornoyun paltosunun altında gizlənərək yola çıxdı. Sonra Stubby ortaya çıxanda, komandiri əsgər salamıyla salamladığı üçün gəmidə qalmasına icazə verildi və sevilməyə başladı.
18 ay müddətində 102-ci qoşunun tərkibində Fransada 17 döyüşdə iştirak etdi. Soissonsun şimalında 5 fevralda müharibə başladı və aprel ayına qədər gecə-gündüz davam etdi. Aprel ayında almanların atdığı əl bombasıyla yaralanan Stubby arxa cəbhəyə göndərildi və yaraları sağaldıqdan sonra yenidən cəbhəyə geri döndü. Daha sonra qaz bombasından təsirləndi, lakin yenədə xüsusi onun üçün hazırlanmış qaz maskasıyla cəbhəyə döndü.
Argonnedəki döyüşlərdə tək başına alman casusu yaxalayan Stubby artıq “Serjant” rütbəsinə yüksəldi. Müharibədən sonra ölkəsində qəhrəmana çevrilən Stubby üçün forma tikdirildi və onun adına bir klub yaradıldı və Stubby o klubun rəmzinə çevrildi.
Prezident tərəfindən qızıl medal alan Stubby 1926-ci ildə yuxuda olarkən öldü. Ölümündən sonra belə bir çox sənədli və animasyon filmlərinin və muzeylərin qəhrəmanı oldu. 2018-ci ildə Stubby üçün böyük bir animasiya filminin də çıxması planlanır…