Qadınların qorxulu “yuxu”suna çevrilən sellülitdən xilas olmaq çox çətin görünsə də mümkündür.
Amma unutmayaq ki, artıq çəkini atmaqla sellülitlərdən xilas olmaq mümkün deyil. Bu pəhriz isə sizi həm artıq çəkidən, həm də sellülitdən xilas edəcək.
Pəhrizi on gün etməlisiniz. Bir müddət fasilə verdikdən sonra yenidən təkrarlamaq olar:
I və II gün: Ancaq duru yeməklər yeməlisiniz. Hər üç saatdan bir 1 stəkan təbii meyvə şirəsi, çobanyastığı və nanə dəmləməsi iç. Günorta və axşam tərəvəz şorbası ye.
III və IV gün: Günorta və axşam içərisinə zeytun yağı, limon şirəsi, sarımsaq və cəfəri tökülmüş tərəvəz salatı ye. Meyvə şirəsi və ya şəkərsiz çay iç.
V gündən sonra: Səhərlər yulaf sıyığı, meyvə şirəsi və bir dilim qara çörək yeyə bilərsən. Günorta suda bişmiş az miqdarda yağsız ət, tərəvəz salatı, şam yeməyinə isə tərəvəz omleti və salatı məsləhətdir.
Diqqət!
Pəhriz saxlayarkən gündə 1 stəkan tərəvəz şirəsi içməyiniz məsləhətdir. Bu piylərin parçalanma prosesini daha da sürətləndirəcək. Əsasən də pomidor şirəsi içməyiniz yaxşı olar. İçərisinə qətiyyən şəkər tozu və duz tökməyin.