“Selfie” sözü tərcümədə “mən” mənasını verir, lakin müasir həyatımızda bu sözlə özünün şəklini çəkmək kimi izah vermək olar. İnsan özünün şəklini çəkən zaman əlbətki heç bir psixoloji patologiya nümayiş etdirmir, lakin hər bir marağın bir dərəcəsi varki, bir zaman normal sayılan, o biri dərəcədə artıq anormal sayılır.
Psixoloji problem. XBT -10 uygun olaraq F63.8 Adətlərin və meyllərin digər pozuntularına aid olan bu növ selfie’dən asılılıq xəstəlik kimi qəbul edilə bilər. Daimi selfie etmək istəyi, hər gün, hər yeni pozisiyada şəkillərin nümayişə cəhdlər, şəkilin alınmaması zamanı ümumi narahatçılıq yaşayır. Şəxs prodromal gərginlik dövrü, sonra isə bu hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir.
Bir müddətdən sonra insan tərəfində problem müəyyən ola bilər, lakin artıq meyl pozuntusuna çevrildiyindən, şəkil çəkməyin dayandırılması cəhdləri uğursuzluqla sona çatır. Selfiemaniyanı bəzən narkomaniyaya bənzətmək olar: insan hər gün dahada çox dozanı (şəkil sayını) artırmaq istəyir.
Ən böyük problemi isə gözəl şəkilləri çəkmək üçün riskə gedən insan sayılır. İnsanda azart o qədər yüksək nöqtəyə çatır ki, O qarşısı alınmaz olur.
Bir qrup alim bu xəsətəliyi narsisizm, o biri qrup meyl və adət pozuntularına aid edir ki, biz də məqalədə sırf meyl pozuntusu kimi qəbul edirik, lakin əlbəttə ki, sual yaranır ki, niyə məhs selfie, adi şəkil yox. Narsissizm mərhələsini hər bir insan inkişaf dövründə keçdiyi kimi, bizim instinktlər bazasında bu özünü qoruma hissinin bir hissəsi ilə rastlaşa bilirik, lakin niyə bu instinkt bizi qorumağa deyil, dağıtmağa yönəlir?! Bu sualın cavabını yalnız psixoanaliz cavab verə bilər.
Gün ərzində 5 selfie şəklinin çəkilib və sosial şəbəkədə nümayişi artıq SOS siqnalıdır. Bu xəstəliyin müalicəsi, əlbətki hər bir digər psixi pozuntular kimi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə ilə yanaşı psixoterapiyanın müxtəlif növləri istifadə edilə bilər: psixoanaliz, CBT və rasional psixoterapiya. Ən əsası isə həyat tərzinin dəyişməsi, həyata yenikliklər qatmaqla insanı öz daxili resurslarını tanımaqla xəstəlikdən uzaqlaşdırmaq mümkündür.