Həmişə dekabr ayı gələndə insanın içinə istilik dolur. Yeni il və yeni arzular… Bu zamanlarda həmişə daha çox möcüzə gözləyirəm. Ona görə də qərar verdim ki, sehr haqqında oxuyum.
Ümumiyyətlə, hər nə olsa da mən sehrə inanıram. Bəlkə gülməli çıxacaq, amma bir gün əsl Santa Clausla da üzləşəcəyimizi düşünürəm. Belə bir ağılda olan birindən çox bir şey gözləməyin, ancaq sizə əsl dekabrfason sehrli sözlər deyəcəm. Məncə bunları bilməyə ehtiyacımız var…
- Sehrə inanın! Çünki sehr bizim sevdiklərimizdir, onların sevgisidir…
- Sehrə inanın! Dadlı desert elə bilirsiz elə belə hazırlanır?
- Sehrə inanın! Çünki möhtəşəm qoxulu qəhvə və əla filmlər başqa cür yarana bilməz!
- Sehrə inanın! Bu qədər işləyib, hələ də yaşamaq üçün həvəsimiz qalırsa, dünya çox sehirlidir deməkdir!
- Sehrə inanın! Çünki üzünüzdəki gülüşün səbəbidir!
Bax belə əzizlərim! Başımıza gələn hər bir şey sehrdir. Mənasız optimistlik etmirəm, sadəcə düşündüyümüzü yaşayırıq. Bunu sizə xatırlatmaq istədim. Həyatınızı gözəlləşdirin, gözəl düşünün və gülümsəyin! Axı, sehr elə bizim özümüzük!