Scrapbook nədir? Bu gündəlik və fotoların birləşməsidir. Şəkilləri, hər hansı bir əşyanı və ya yaddaşınızda qalan sözləri bura qeyd edə bilərsiniz. Əminəm ki, daha sonra həmin dəftəri vərəqləyəndə üzünüzdə təbəssüm yaradacaqdır. Bəs bunu necə hazırlamaq lazımdır? Bu haqda bir neçə ipuclarım var. Bunlardan agah olmaq üçün mütləq yazımı oxuyun!
- Məqsədini, istəyini bəlli et!
Ən önəmlisi nə istədiyimizi bilməyimizdir. Bu sadəcə “scrapbook” üçün deyil, ümumi yaşamımız boyunca bizə lazım olandır. Həəə, deməli nə üçün hazırlanacağını biliriksə, hazırlamağa başlaya bilərik!
2. Lazım olanlar!
Daha sonrakı mərhələdə necə bir şey düzəltmək istədiyimizi xəyal edirik. Lazım olan ləvazimatları qeyd edirik. Daha sonra bunları əldə etmək lazımdır. Ürəyimiz istədiyi kimi düzəldə bilərik. Xüsusi scrapbook dəftərləri ala bilərik və ya adi dəftəri özümüz bəzəyə bilərik.
3. Qruplaşdırın!
Nələri istifadə edəcəyinizi qruplaşdırın. Beləliklə, yapışdıranda daha rahat olacaq. Şəkilləri və onlara istifadə edəcəyiniz aksesuarları ayırmağınız önəmlidir. Bunu edərkən dəftərinizin vərəqlərini mütləq nəzərə alın.
4. Başlayın!
Artıq scrapbook’u hazırlamağa başlaya bilərsiniz. Hamısını yapışdırıb, istədiyiniz cür bəzəyin. Vərəqlərin qalın olmasına diqqət edin. Belə olduqda daha uzun ömürlü olacaqdır. Deyilsə xüsusi vərəq qoruyuculardan istifadə etməyinizi tövsiyyə edərdim.
5. Hazırdır!
Artıq scrapbook hazırdır! Yeni il üçün özəl hədiyyə olar deyə düşünürəm. Bir ildə nələr yaşadığınızı qeyd edib, sevdiklərinizə hədiyyə edə bilərsiniz!