Bir çox mənbələrdə saqqızın insan orqanizminə ziyanı barədə çox eşitmişik.Amma alimlərin araşdırmalarına görə saqqızın xeyirli cəhəti də varmış.Belə ki,saqqız artıq çəkidən qurtulmağa kömək edir.
Şirnisiz saqqızdan istifadə etmək artıq çəkidən xilas olmağa imkan verir. Belə bir nəticəyə Roy-Aylend universitetinin əməkdaşı, professor Ketlin Melason gəlib, – Lenta.ru xəbər verir.
Tədqiqatda 35 kişi və qadın iştirak edib. Onlara gün ərzində iki dəfə labaratoriyaya ac qarına baş çəkmək təklif edilib. Birinci ziyarət zamanı sınaqda iştirak edənlər səhər yeməyindən öncə 20 dəqiqə ərzində saqqız çeynəyib, sonra isə nahar öncəsi üç saat.
Bundan sonra tədqiqatçılar sınaqda iştirak edənlərdən onların güc ehtiyatı, aclıq hissi haqqında subyektiv parametrləri alıblar. Nəticədə məlum olub ki, saqqız çeynəyəndən sonra nahar zamanı insan 67 kilokalori daha az almış olur və bunu gün ərzində kompensasiya etmir. Həm də saqqız çeynəmək iştahı da nisbətən öldürür.
Bundan əlavə saqqız gicgah əzələlərini hərəkət etdirərək həmin an əldə etdiyiniz məlumatı yadda saxlamağa kömək edir.
-Bütün bunlara baxmayaraq saqqız sırf xeyirlidi qənaətinə də gələ bilmərik.