Demək olar ki bütün reklamlarda stomatoloq həkimlər hər yeməkdən sonra mütləq qaydada həm həzm traktının ilk mərtəbəsi olan ağız ibtidailərinin “qoxularından” və eləcə də verə biləcək digər zərərlərindən qorunmaq məqsədilə 1-2 saqqız çeynəməklə azad ola bilinəcəyini məsləhət görürlər. Bəs həqiqətənmi bu informasiya doğrudur, saqqızlar sözün əsl mənasında dişləri kariesdən qoruyaraq onların ağ və sağlam qalmasının təminatçısıdırmı?
Tədqiqatçı-həkimlər bildirirlər ki, saqqız ilk növbədə gicgah-çənə oynağını möhkəmləndirir. Belə ki, sərbəst qidalanma heç bir zaman saqqız qədər bu oynağı və onu təşkil edən sümük-əzələ sistemini hərəkətli edə bilməz. İkinci effekt isə onun ağız suyu vəzilərini aktivləşdirməsi ilə üzə çıxır. Bu həzm prosesini sürətləndirməklə qida qalıqlarından ağız boşluğunu təmizləyir və sonradan əmələ gələ biləcək xəstəliklərindən qarşısı beləcə alınmış olur, ancaq kariesi buraya daxil etmək olmaz. Belə ki, əmələ gəlməkdə olan karietik prosesi saqqızlar daha da aktivləşdirmiş olur.
Dişlərin ağlığı məsələsinin həllində də saqqızların rol ala bilməyəcəyi isə birmənalı qəbul olunmuş qərardır. Belə ki, saqqızlar heç bir zaman diş pastası və fırçasının əvəzedicisi ola bilməz. Belə demək mümkündürsə bu sadəcə səbəbi müalicə etmək olardı və yalnız ən “ekstrim” hallarda qəbul olunandır.
Həkimlərin gəldiyi ümumi qənaət belədir ki, saqqızların ağızı təravətləndirmək kimi xüsusi bir funksiyası yoxdur. Onu qətiyyən səhər yeməyindən öncə və gün ərzində davamlı çeynəmək olmaz. Belə ki, mədənin selik ifraz edən vəzilərinin daima aktivləşməsini təmin edən saqqızlar bir çox xəstəliklərin, xüsusilə qastrit və xoranın ilk tətikləyici vasitəsi ola bilər. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər isə ümumiyyətlə ondan uzaq durmalıdırlar. Sağlamlıq ilə bağlı problemləri olmayan insanlar isə yalnız qidadan sonra və max 5-10 dəqiqə saqqız çeynəyə bilərlər.