13-cü əsrdə katolik kilsəsi şahmat oyununu “азартные игры” kateqoriyasına aid edərək kilsə xadimləri və universitet professorlarına ictimai yerlərdə şahmat oynamağı qadağan etmişdi. Gizli şahmat oynayan yerdə tutsalar, öldürərdilər. Buna görə də intellektual professorlar və kilsə xadimləri şahmatı təklikdə oynamağa, şahmat məsələləri düşünməyə, məsələ topluları dərc etməyə başladılar. Bu məsələlər adi şaxmat oyunundan çox, məntiqi inkişaf etdirməyə yönəlmiş, 1-2 gedişə mat eləmək yolları idi. Belə başsındıran çalışmaları çox vaxt pul uduşu müqabilində həll edirdilər, bu da şahmatı yenə də “азартная игра” halına gətirirdi. Bununla bərabər, müəyyən gediş sayına mat etmək məqsədi şahmatda müdafiə sisteminin inkişafına, ümumiyyətlə oyunun inkişafına səbəb oldu.