Siz hər gün idmanla məşğul olursunuz və arıqlayırsınız. 
 
Amma aşağıdakı 12 qidanı qəbul etməsəniz, sağlamlığınız təhlükə altına düşə bilər. Bu qidalardan ən azı beş altısını qəbul etməlisiniz ki, gözəl görünməklə yanaşı həm də sağlam olasınız. 
 
Sümükləri möhkəmləndirmək üçün: parmazen pendiri:
 
Sümüklərin inkişafı üçün kalsium olduqca lazımlıdır. Yoqurt və süd buna kömək edir. Amma gündə üç dəfə kim onu qəbul etmək istəyər? Parmazen pendirini dietanıza daxil edin. 
 
İmmuniteti artırmaq üçün: Alma kversetinlə zəngindir. 
 
Bu antioksidant bədəni gücləndirir və xəstəliklərə qarşı daha mübariz edir. 
 
Bədəndə dəmiri artırmaq üçün: mərcimək
 
Aşağı kalorili mərci gündəlik 30 faiz dəmiri ödəyir. 12 faiz gənc qadınlarda aşağı dəmir müşahidə edilir. Bu isə anemiyaya yol açır. Araşdırmalardan birində göstərilir ki dəmir çatışmazlığı yaşayan qadınlar (anemiya olmayanlar) sağlam qadınlara nisbətən daha az bacarıqlı olurlar. Bunun qarşısını almaq üçün mərcimək yeyin. 
 
Qırışlara qarşı: brokkoli
 
Bir stəkan brokkoli 100 faizlik C vitamini deməkdir. Bu isə dərini elastik edir. Həmçinin brokkolinin tərkibində beta karotin var ki, bu da orqanizmə A vitamini qazandırır. Bu vitamin hüceyrələrə xeyirdir və yaşlı hüceyrələrin yerinə gəncləri yaradır. 
 
Sağlam karbohidrat üçün: kartof
Kartof piyə qarşı mübarizədə güclüdür. Onu qəbul etməklə çəkinizi kontrol altında saxlaya bilərsiniz. Həmçinin kartof ürək xəstəlikləri ilə mübarizədə də çox xeyirlidir, çünki təzyiqi aşağı saxlamaqda kömək edir. 
 
Fol turşusu üçün: ispanaq
 
Bu yaşıl tərəvəzin tərkibində K vitamini, kalsium və maqnezium var. Bu birləşmə sizə sümüklərinizi möhkəmləndirməyə kömək edir və qocalmağı yubandırır. 
 
Stressi azaltmaq üçün: tünd şokolad
 
Avropalı araşdırmaçılar müəyyən ediblər ki, yarım tünd şokolad yeyən adamlar günə 200 kalori qazanırlar və stress hormonu kortizol azalır. Kortizol həm də qan təzyiqini artırır. Bu da sizi depressiyaya, ürək xəstəliyinə sala bilər. 
 
Xərçənglə mübarizə üçün: göbələk
 
Araşdırmalardan biri göstərib ki, gündə təxminən ən az bir göbələk yeyən qadınlarda 64 faiz sinə xərçəngi riski azalır. 
 
Ürək xəstəliklərini azaltmaq üçün: sardin balığı
 
Bu balaca balıqlarda omeqa-3 turşusu var. Bu da arteriyalarda qapanmanın qarşısını alır. Gündə 1 qram bu balıqdan yeməklə siz infarkt riskini azalda bilərsiniz. 
 
Qarını düzləşdirmək üçün: avokado
 
Avokado sizə düz qarın qazandıra bilər və çəkinizi ata bilərsiniz.