Perspektiv münasibətlər o münasibətlər hesab olunur ki, həmin münasibətlər uzunmüddətli stabillik və sevinc vəd edir. Amerikalı psixoloq Treysi Kebot “ sağlam sevgi “ münasibətlərinin bir neçə prinsipini hazırlamışdır. Bu prinsiplərə əsasən sizin həyatınız sevinclə dolacaq, xoşbəxt anlarınız çoxalacaq.
1. İki insan sevgi münasibətlərinə daxil olduqda onların həyatı müsbət istiqamətdə dəyişməlidir. Əgər belə deyilsə və bunun əksinə olaraq partnyorlar bir-birinə mane olub iztirabdan başqa heçnə vermirlərsə, münasibətlərin axırı yoxdur.
2. Sevgini pulla almaq olmaz! İnsanı pulla almaq olmaz! Pulla sevdiyiniz insana xoş sürpriz etmək olar ancaq.
3. Qısqanclıqdan uzaq durun. Qısqanclıq səhnələrinin axırı həmişə pis bitir. Unutmayın ki, qısqanclıq özünə zəif inamı olan insanlara məxsus keyfiyyətdir.
4. Sağlam sevgi münasibətlərində partnyorlar bir-birindən eyni dərəcədə asılı olurlar.
5. Səmimi qəlbdən sevən insan öz partnyorundan hisslərinin təsdiqini tələb etmir. Özü isə sevgisini təsdiq etməkdən zövq alır.
6. Sevdiyiniz insanı dəyişdirmək fikrindən qurtulun. Onu olduğu kimi qəbul edin və bütün keyfiyyətlərinə hörmət və anlayışla yanaşın.
7. Depressiyaya məruz qalmış insanı sevmək çətindir. Sevgi insana xoşbəxtlik gətirməlidir, lakin partnyorunuzun daimi bədbin əhatəsində çətin ki özünüzü xoşbəxt hiss edəsiniz.
8. Partnyorlardan biri “od”-dursa, digəri “su” olmalıdır. Münasibətlərdə güzəşt olduqca mühüm şərtdir.
9. Bir qayda olaraq, insanlar özlərini eyni sosial statusa malik və eyni zamanda psixoloji antipod sayılan partnyorlarla rahat və xoşbəxt hiss edirlər. Loru dildə desək, sizə sizinlə eyni təhsil və maddi vəziyyətə malik insanlar uyğun gəlir. Ancaq bu uyğunluqla münasibətlər uzunmüddətli olur. Serial və nağıllardakı varlı və kasıbın xoşbəxt sevgi hekayəsi sadəcə xəyaldır. Realistlər bunu əla anlayır. Həyatdakı dəyərlər mütləq eynilik təşkil etməlidir.