Bütün gün işləyib, axşamlar yorğun evə gəlirsiniz. Sağlam şeylər yemək istəyirsiniz, amma bu saatda, bu yorğunluqla kim oturub sağlam yemək hazırlayacaq? Ən yaxşısı ‘fastfood’lardır deyib gününüzü keçirirsiniz… Günlər günləri qovur və sağlamlığınızı yavaş-yavaş itirirsiniz. Bu ssenari sizə tanış gələ bilər və ölkəmizdə olduğu qədər, bütün dünyada mövcud olan bir problemdir. Sağlam qidalana bilmirik, tərəvəz və meyvədən qida rasionumuzda çox az istifadə edirik.
Yaxın günlərdə çox uzaqlarda – Yeni Zellandiyada – bir market zənciri bu vəziyyətə “əl qoyaraq” gözəl bir işə başlamışdır: Bibər, göbələk, brokoli, xiyar, soğan və ağılınıza gələcək digər hər cür tərəvəzi öncədən doğranmış halda satmağa başlamışdır. Təqdim edilən tərəvəzlər eyni qiymətdə satıldığı üçün istədiyiniz tərəvəzdən istədiyiniz qədər alıb qarışdıra bilərsiniz. Məqsəd həm zamanı keçəcək tərəvəzləri istifadəyə hazır şəkildə təqdim edərək tərəvəz istehlakını daha da artırmaq, həm də ehtiyac olandan daha çox alınıb zibilə atılmalarının qarşısını almaqdır. Həqiqətən kifayət qədər tərəvəz və meyvə yemək çox əhəmiyyətlidir; balanslı qidalanmama obez, şəkərli diabet, ürək xəstəlikləri kimi problemlərə yol aça bilər.
Doğru istiqamətdə atılmış bu addımı dəstəkləmək məqsədiylə sizinlə paylaşırıq. 🙂