Bir çox qadın güzgüyə baxdıqda dərisinin istədiyi kimi görünmədiyini düşünür. Onlar dərilərinin sağlam görünməsi üçün bir çox üsullara əl atırlar, amma uğurlu nəticə əldə edə bilmirlər, çünki üz dərisinin sağlam görünməsinə mane olan bəzi səbəblər var.
İlk növbədə onu qeyd edək ki, sağlam üz dərisinə sahib olmaq üçün buna mane olan problemləri həll etməlisiniz. Bunun üçün:
Sağlam olmayan qidalardan (fast food-lardan) uzaq durun
Bildiyimiz kimi, sağlam dəriyə sahib olmağın yolu sağlam qidalanmadan başlayır. Tez-tez sağlam olmayan atışdırmalara üz tutursunuzsa, dəriniz istədiyiniz kimi görünməyəcək. Sağlam və qida dəyəri yüksək qidalar yesəniz, dəriniz daha sağlam və gənc görünər. Əgər dərinizdən məmnun deyilsinizsə, qidalanma vərdişlərinizi gözdən keçirin. Daha çox təzə meyvə, tərəvəz yeməyə çalışın və qızardılmış, işlənmiş qidalardan, şəkərli atışdırmalardan uzaq durun. Çox yağlı, şəkərli qidalar bədən və dəriyə ziyandır. Sağlam və daha gənc görünən dəriyə qovuşmaq üçün nə yediyinizə diqqət edin.
Dərinizi təmizlədiyinizdən əmin olun
Dərinizi səhər-axşam təmizlədiyinizi düşünürsünüz, əslində lazım olan təmizliyi yerinə yetirmirsiniz. Dəri təmizləyən zaman təmizlik məhsulunu yalnız köpürdüb yumaqla, sonra durulayırsınız və beləliklə də, makiyajınızdan azad olunduğunuzu düşünürsünüz, lakin bundan əmin olmaq üçün dərini təmizlədikdən sonra ağ dəsmalla qurulayın və ləkə qalıb-qalmayacağına əmin olun.
Dəsmalın üzərində tonal krem, pomada və ya başqa makiyaj izləri görsəniz, bu, dərinizi kifayət qədər yaxşı təmizləmədiyinizə işarədir. Suya davamlı makiyaj məhsulları istifadə edirsinizsə, yatmazdan əvvəl bütün makiyajı təmizləyə bilmək üçün həmin makiyaj üçün nəzərdə tutulan təmizləyicilərdən yararlanın. Bəzi makiyaj məhsulları gün ərzində dəridə qalmaq üçün istehsal edilir və onları yuyaraq təmizləmək çətindir. Bu səbəbdən də təmizləmə zamanı diqqətli olun və tələsməyin.
Problemli bölgələrlə mübarizə aparın
Hər kəs mütləq nə zamansa dəri problemi yaşayır. Amma əsl əhəmiyyətli olan dərimizin yaxşı görünməsi üçün nə etməyinizdir. Üzün hamısını yox, yalnız problemli sahəni müalicə etmək lazımdır. Dəri problemlərini müalicə etmək üçün nəzərdə tutulan məhsullar bir az sərt ola bilər. Bu isə dərini quruda bilər. Bu səbəbdən də müalicəni yalnız problemli sahəyə tətbiq edin.
Sızanaq əleyhinə olan hər hansı bir məhsulu üzünüzün hamısına tətbiq etsəniz, dərinin təbii tarazlığı pozular. Bunun nəticəsində dərinizin yağ istehsalı artar, bu da məsamələrin tıxanmasına və daha çox dəri problemi yaşamanıza səbəb ola bilər. Buna görə də dərinizin gözəl görünməsini istəyirsinizsə, həmin məhsulu yalnız problemli hissəyə çəkin.
Həftədə bir gün pilinq edin
Dəri hüceyrələrinin xarici təbəqəsi davamlı olaraq tökülür. Lakin bəzən alt qatda qalan gözəl və sağlam dəri hüceyrələrini ortaya çıxarmaq üçün səthdəki ölü hüceyrələri təmizləmək məqsədilə pilinq məhsulu istifadə oluna bilər. Bu halda dəriniz yumşaq və hamar görünüşə qovuşar. Lakin həddindən artıq pilinq dərinizin gənc görünməsi üçün lazım olan qoruyucu nəm baryerinin zərər görməsinə səbəb ola bilər.
Digər tərəfdən, kifayət qədər pilinq etmədikdə ölü dəri hüceyrələri yığılır. Bu isə dərinin donuq və cansız görünməsinə gətirib çıxarır. Eyni zamanda, dərinizdə belə bir baryer meydana gəldikdə dəriyə qulluq vasitələri da yaxşı nəticə verməyə bilər. Dəri tipinə bağlı olaraq, həftədə 1 və ya 3 dəfə mütləq pilinq etməlisiniz. Bunu həftəlik bir ritual halına gətirsəniz, dərinizdəki fərqi görəcəksiniz.
Məhsulları doğru sıralayın
Dəriyə qulluğun müəyyən mərhələləri var və ideal nəticəyə nail olmaq üçün bu mərhələlərə uyğun davranmaq lazımdır. Təlimatlara uyğun və məhsulları göstərilən sıralamayla istifadə etməlisiniz. İlk mərhələ olan dəri təmizliyinin sonunda tonik nəmləndirici istifadə etmək lazımdır. Bu sıralamanın xaricinə çıxdıqda məhsullar mənfi təsirlərə yol aça və ya heç təsir göstərməyə bilər.
Gözəlliyinizi təbii vasitələrlə qorumağa çalışın, dərinizdəki problemlərin həllini makiyajda görməyin. 🙂