İki variant arasında özünüzə uyğun olanı seçin. Bu test üçün cavabları bir yerdə qeyd etməyi unutmayın.
1. Yeni bir kursa qatılsanız, aşağıdakılardan hansı olardı?
A: Dil kursu
B: Rəqs kursu
2. Yaşadığınız məkan necə olmalıdır?
A: Çox təmiz və səliqəli
B: Bir az dağınıq, amma rahat və azad
3. Yeni tanış olduğunuz və ya uzun müddət görüşmədiyiniz kiminsə ilk olaraq…
A: Adını xatırlayıram
B: Üzünü xatırlayıram
4. Jest və mimikalarınızı necə istifadə edirsiniz?
A: Bədən dilindən daha çox qurduğum cümlələrə diqqət edirəm
B: Bədən dilimi aktiv istifadə edirəm, ani reaksiyalar göstərə bilirəm
5. Yeni bir musiqi eşidəndə ilk olaraq…
A: Sözlərinə diqqət edirəm
B: Melodiyasına diqqət edirəm
6. Zamanı necə idarə edirsiniz?
A: Dəqiq insanam, heç yerə gecikmirəm. Gözlədilməyi də heç sevmirəm.
B: Əsasən gecikirəm. Amma başqasını gözləməyi də problem etmirəm.
7. Paltar şkafınızda
A: Əsasən sadə və bir-birinə uyğun geyimlər var
B: Naxışlı, rəngli, diqqət çəkən geyimlər var.
8. Sizcə detallar daha önəmlidir, yoxsa nəticə?
A: Detal
B: Nəticə
9. Təyyarədəykən tribulansa girsəniz…
A: Bir az qorxaram, sonra təcili yardım kartlarını oxuyaraq sakitləşərəm.
B: Qorxub, stress keçirdərəm, stüardessa ilə danışmaq istəyərəm.
10. Sizin üçün münasibətdə əsas nədir?
A: Güvən
B: Ehtiras
- Əgər A variantı 5-dən artıqdırsa -> Beyninizin sol yarımkürəsi daha aktivdir.
Beynin sol yarımkürəsi, IQ ilə əlaqələndirilir. Belə insanlar səbəb-nəticə münasibəti qurmaq, riyazi və dil öyrənmək kimi mövzularda bacarıqlıdırlar. Praqmatik və məntiqli olurlar. Qərarlı, dəqiq və soyuqqanlı insanlar sol beyinli insanlardır. - Əgər A və B variantları bərabərdirsə -> Sağ və sol yarımkürə balanslı işləyir.
Cavablarınız bərabərdirsə, balanslaşdırılmış beyinə sahibsiniz. Bu da o deməkdir ki, IQ və EQ səviyyəniz eyni ölçüdə işləyir. Bəzən çox analitik olmağınıza baxmayaraq, bəzən də duyğusal reaksiyalar göstərə bilirsiniz. - Əgər B variantı 5-dən çoxdursa -> Beyninizin sağ yarımkürəsi daha aktivdir.
Beynin sağ yarım kürəsi EQ (emosional zəka) ilə əlaqələndirilir. Sağ beyinli insanlar duyğuları və hissləri ilə hərəkət edirlər. İncəsənət və yaradıcı mövzulara önəm verirlər. Macəranın arxasınca gedirlər.