1. Çərəz
Sağlam saçların Omega-3 yağlarına ehtiyacı var. Çərəzdəki bu yağlar saçları qoruyur, sink isə onların tökülməsinin qarşısını alır.
2. Zeytun yağı
Bu yağ E vitamini qaynağıdır. E vitamini isə saçların qalınlaşmasını və qorunmasını təmin edən antioksidandır. Bu vitamin hüceyrələrin sağlamlığı üçün də vacibdir. Zeytun yağı saç diblərini nəmləndirərək onları qırılmalardan müdafiə edir.
3. Soya
E vitamini ilə zəngin başqa bir qida məhsuludur. Hemoqlobin yaranmasında önəmli olan dəmirlə boldur. Qanda olan hemoqlobin oksigenin bədəndə yayılmasına kömək edir. Bu maddə kifayət qədər olmadıqda qan dövranı pozulur və saçlarınız böyümək üçün qidalana bilmirlər.
4. Yerkökü
Yerkökünün gözlərə faydası bəllidir, amma o tərkibindəki A vitamini sayəsində saçlara parlaqlıq və sağlamlıq bəxş edir.
5. Taxıl məhsulları
Tam taxıllı qida məhsulları B7 vitamini mənbəyi hesab edilir. Bu vitamin saçların tökülməsi və bozarması ilə mübarizə aparır.
6. İspanaq
B9 vitamini sayəsində parlaq və sağlam saçlar qazana bilərsiz. Kifayət qədər yedikdə faydasını tez bir zamanda adi gözlə asanlıqla görəcəksiniz.