Ben dostlarıyla Almaniyada bir göl kənarında əyləndikdən sonra motosikletiylə evinə dönərkən küçədə yerdə oturan, səyahət çantalı və skiripkalı bir qız görür. Bu qız Maria’dır. Bu qarşılaşmadan bir neçə gün əvvəl Maria, Ben’dən, evində qalmaq üçün bir web sayt vasitəsilə icazə istəmişdir; Ben də bunu qəbul etmişdir.

    Sonra onlar birlikdə vaxt keçirmişlər; Maria, Ben’in evində “planladığından daha uzun qalmışdır.” (ahh, eşq …); birlikdə 8 Avropa ölkəsini gəzmişlər; sonra isə yollarını ayırmışlar, ancaq iki ay sonra bir-birlərinin həsrətinə dözə bilməyən ikili təkrar biraraya gəlmiş və o gündən etibarən səyahət etməyə başlamışlar.

    Cütlük öz deyimləriylə “qaşınan ayaqlara” və “səyahət susuzluğuna” sahibdirlər. 2014-cü ilin sentyabrında şərqi istiqamət alaraq yollara düşmüşlər. Müəyyən bir səyahət təqvimləri ya da marşrutları yoxdur, ürəkləri nə istəsə onu edir, hara getmək istəsələr oraya gedirlər! Ben, gəzərək bu sualın cavabını axtardıqlarını söyləyir: “Bizi bu həyatda həqiqətən xoşbəxt edən şey nədir?”

    İkili sadə həyat fəlsəfəsini mənimsəyərək müasir həyatda insanı kölələşdirən mexanizmlərdən xilas olmağı hədəflədiklərini ifadə edirlər. Səyahətlərini və təcrübələrini də bir blogda ( www.wonderlusters.com ) dünya ilə bölüşürlər. İndiyə qədər Türkiyə də daxil olmaqla 8 ölkəni gəzmişlər. Bu gəzintilərdə çəkdikləri gözəl kadrlarından bir neçəsini aşağıda sizinlə bölüşürük.