Bəzi insanlar etdikləri işlərlə əlaqədar təriflər yağdırmağı çox sevirlər, amma ardından eyni anda şikayət etməyə də başlayırlar. Bu təəccübləndirici bir vəziyyət deyil, çünki çox adam etdiyi işi sevmir. Məsələn, ABŞ-da 120 milyon işçinin 84 milyonu etdiyi işdən nifrət edir. Ümumiyyətlə universitetdən məzun olanlar öz işlərini qurmaq yerinə sabit və etibarlı bir iş yerində işləməyi seçirlər. Bu işlərdən əldə edəcəkləri gəlirlər və bayram günləri üzərində fokuslanırlar.

    İllər keçdikcə səhv seçim etdiyinin fərqinə varanlar isə bu seçimlərinə görə peşman olmağa başlayırlar. Daha sonra xəyal etməyə başladıqları öz işləri üçün də bu səfər qorxaq davranıb bəhanələr uydurmağa başlayırlar.


Öz işinizi qurub uğur qazanmaq üçün üstünüzdən atmalı olduğunuz 6 qorxu:

Müvəffəqiyyətsizlik

Psixoloqların dediyinə görə, müvəffəqiyyətsiz olma qorxusu insan anatomiyasının bir hissəsidir. Buna qalib gəlmək isə yalnız sizdən asılıdır. Bu qorxunu məğlub etmək üçün mövcud işinizdə və bu işinizdən əldə etdiyiniz gəlirin sizin üçün kafi olub olmadığına qərar verməlisiniz, qorxusuzluq tam olaraq müvəffəqiyyət demək deyil. Sizin üçün xəyallarınızı təqib etmək və müvəffəqiyyətlərinizə çatmaq daha önəmli olmalıdır. Bu şəkildə bir dünyagörüşüylə yaxınlaşsanız, mövcud işinizə davam etməklə səhv etdiyinizi anlayarsınız.


Yetərsizlik

Öz işinizə başlamazdan əvvəl zehininizdə ‘əgər həqiqətən məni tanıyırlarsa, bəlkə də ciddi olmadığımı’ düşündüklərini düşünəcəksiniz. Necə bir saxtakar olduğunuzu düşünmələrindən qorxursunuz. İçinizdəki səs mövcud işinizi itirmək yerinə, əlinizdə saxlamağı istəyir. Bu qorxunu məbluğ etmək üçün keçmişdə özünüzdən əmin olaraq bacardığınız şeyləri düşünün. Özünüzdən əmin olmanız müvəffəqiyyəti təmin edəcəkdir. Hər kəs özünü bəzən etibarsız və dəyərsiz hiss edir. Amma siz professional olaraq bu duyğuları özünüzdən uzaqda saxlamalısınız. Bunun əksini bacara bildiyinizi göstərməyə çalışmalısınız. Başqalarının nə düşündükləri və ya düşünəcəkləri yerinə başlayacağınız işinizə fokuslansanız uğurla aranızda bir əngəl qalmayacaqdır.


Alçaldılma

Bəzən rədd edilmə və ya lağa qoyulma qorxusu müvəffəqiyyətsiz olma qorxusundan daha çox ola bilir. Bu qorxuya qalib gəlməzdən əvvəl unutmayın ki, çox adam şəxsi biznesinə ilk başladığı zamanlarda özünü peşman olmuş kimi hiss edir. Ən yaxınlarındakıların belə onları ciddiyə almadıqlarından qorxmağa başlayır. Onlara gülmələrindən qorxurlar. Amma unutmayın ki, yaxınlarınız sizə heç vaxt gülməzlər. Sizi dəstəkləməkdən başqa bir şey etməzlər. Nə qədər insanın sizin müvəffəqiyyətli olmanızı istədiyini görəndə təəccüblənəcəksiniz.


Yoxsulluq

Әlimizdəki işi tərk edib başlayacağımız işdə müvəffəqiyyətsiz olma vəziyyətində kasıb qalmaq qorxusu çox adamın ən böyük qorxularından biridir. Əgər işimizdə olduğumuz mövqeyə gəlməyimizə böyük əməklər sərf etmişiksə qərar vermə vəziyyəti daha da çətinləşir. Bunun üçün əvvəlcə hədəflərinizi böyük tutmalısınız. Bir neçə kiçik müvəffəqiyyətlə kifayətlənmək yoxsa həyatınızı tamamilə dəyişdirəcək böyük uğurlara imza atmaq istəyib istəmədiyinizi düşünməlisiniz. Özünüzə güvənirsinizsə və edəcəyiniz iş üçün həqiqətən həyəcanlanırsınızsa böyük uğurlar üçün bir neçə kiçik müvəffəqiyyəti görməməzlikdən gəlmək sizin üçün bir qorxu olmamalıdır.


Ayrılıq

Əlinizdəki hər şeyi (əlaqələrinizi belə) itirərək, hər şeydən uzaqlaşmaq qorxusu uğur üzərində böyük təsir yaradan qorxudur. Bir işə başlayarkən içinizdə yaranan klassik ayrılıq narahatlıqları ola biləcək ən böyük şübhədir. Müvəffəqiyyətsiz olsanız belə sevdiklərinizin sizi tərk etməyəcəyinə, həmişə yanınızda olacağına əmin olun. Əgər yanınızda olmasalar, bilin ki, həyatınızda onsuz da gerçək dostlar deyilmişlər.. Kədərlənmənizə ehtiyac yoxdur, əksinə gerçək üzlərini gördüyünüz üçün xoşbəxt olmalısınız.


Müvəffəqiyyət

Bəlkə sizə inandırıcı gəlməyəcək amma həqiqətən müvəffəqiyyətli olmaqdan qorxanlardan da var. Bu qorxu yeni bir həyata başlama mərhələsində çox insanın başına bəla olur. Nəticədə bu qorxu yetərsizlikdən yaranır. Çox insan standart yaşamağı sevir. Amma iş həyatı və həyat bir neçə dəfə dəyişikliyə uğrayır. Əgər yeni işinizdə uğurlu və ya uğursuz olmaqdan qorxursunuzsa, bu işə başlamasanız yaşayacağınız o peşmançılığı və psixoloji vəziyyəti də düşünün.

Yeni bir işə başlamağa cəhd etmək üçün qərar verərkən layiq olduğunuz uğurları xəyal edin. Sizdə səbəb olacağı dəyişiklikləri düşündüyünüz zaman özünüzə borclu olacaqsınız. Günün sonunda sizi sizdən başqa heç kim dayandıra bilməyəcəkdir. Həyatınızın çarəsiz bir şəkildə səssizcə irəliləməsinə icazə verməyin.


Səhvi qəbul edərəm, çünki hər kəs səhv edir, ancaq heç sınamamış olmağı əsla qəbul etmərəm. “- Michael Jordan