1. Babam mənə kor deyib, gəlib-gedəni vur deyib.
2. Bacanaq bacanağı görəndə qaşınma tutar.
3. Bağı bağban yeyər, qoyunu çoban.
4. Baxmaqla öyrənmək olsa, itdən qəssab çıxardı.
5. Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər.
6. Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
7. Badırdığı ölü özündən qabaq gəldi.
8. Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.
9. Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
10. Bayırda mini ölsün, evimdə biri ölməsin.
11. Bayquş xarabalığı gülüstana dəyişməz.
12. Bayram sümüyü ilə köpək kökəlməz.
13. Bazar içində it qulağı kəsməzlər.
14. Bazarın bazar, qadam sənə, mərdimazar.
15. Belə yatan öküz yük götürməz.
16. Bez geyərəm, düz gəzərəm.
17. Bəhs ilə Həcə gedən yorular yolda qalar.
18. Bəslə qarğanı, oysun gözünü.
19. Bəslə yetimi, yesin ətini.
20. Bəyliyi başarmadın, canın çıxsın belə gəz.
21. Bığdan kəsir, saqqala qoyur.
22. Bildir gedən bildirçin, hanı sənin bir qılçın?
23. Bildir yedim bir incir, indi də qarnım incir.
24. Bildirçin camalabaddan hara gedər; dəni yanında, suyu yanında.
25. Bildirçinin bəyliyi darı sovulanacandır.
26. Bir ac güləyən olar, bir də yalavac.
27. Bir ac qudurğan olar, bir də tox.
28. Bir dadan peşiman, bir də dadmayan.
29. Bir dana bir naxırı korlar.
30. Bir dəlidən yeddi məhləyə zərər dəyər.
31. Bir gördün namərdi, bir də görsən, namərdsən.
32. Bir gün duz yediyin yerə qırx gün salam ver.
33. Bir it hürməklə karvan qayıtmaz.
34. Bir köçmək – yüz talanmaq.
35. Bir napakdan qorun, bir də köpəkdən.
36. Bir təpə yıxılar, bir dərə dolar.
37. Bir vermə, bir də dilər, yatmağa yer də dilər.
38. Biri ölməsə, biri də dirilməz.
39. Birin gör fikir elə, birin gör şükür elə.
40. Bilmillah deməklə donuz bostandan çıxmaz.
41. Boğuşan köpəyin yarası əskik olmaz.
42. Bostana dadanan eşşəyin qulağı quyruğu olmaz.
43. Böhtana düşən odsuz yanar.
44. Böyük loxma çeynə, böyük soz danışma.
45. Bu ölü bu şivənə dəyməz.
46. Bulaşıqlı səhəngdən bulanıqlı su tökülər.
47. Burda dilənir, orada zəkat verir.
48. Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.
49. Buz nazik yerindən sınar.
50. Buğda olmayan yerdə, darını gözə təpərlər.