1. Qabağa keçirsən, deyirlər bicdir, dalda qalırsan deyirlər gicdir.
2. Qaçan da Allahı çağırır, qovan da.
3. Qaçanı qovmazlar, yıxılanı vurmazlar.
4. Qaçmaq da hünərdir, qovmaq da.
5. Qala içəridən alınar.
6. Qan eylə qanun ilə.
7. Qanlıdan qada əskik olmaz.
8. Qanacaqlı həm qanar, həm də qandırar.
9. Qanan ilə daş daşı, qanmaz ilə yemə aşı.
10. Qanmaza yumruğuinu əvvəl düyünlə, sonra söz qandır.
11. Qar yağmaqla qarğa ağarmaz.
12. Qara xəbər tez yayılar.
13. Qara qız bəzənincə toy əldən gedər.
14. Qara qız gəlin oldu, ürəyi sərin oldu.
15. Qara qızdan xatın olmaz, boz eşşəkdən qatır olmaz.
16. Qara məni basınca mən qaranı basım.
17. Qarabaxt dağlara çıxanda dağları duman alır.
18. Qaraca üzüm var, doğruca sözüm.
19. Qaraçı qaraçıya öpüş verməz.
20. Qarquşa xeyir öz dimdiyindən toxunar.
21. Qaranlıqda halva yeyənin sirrini Xuda bilir.
22. Qardaş qardaşı bıçaqlar, dönüb yenə qucaqlar.
23. Qardaş qardaşın yoxluğunu istər, ölümünü istəməz.
24. Qarğa döşün çəkməklə qaz olmaz.
25. Qarğa gəldi kəklik yerişi yeriyə, öz yerişin itirdi.
26. Qarğa ilə dost olanın yediyi peyin olar.
27. Qarğa qarğanın gözün çıxartmaz.
28. Qarğa özü nədi ki, qarıltısı da nə ola.
29. Qarğadan gözəl quş istədilər balasını göstərdi.
30. Qarğanı yüz il bəslə yenə tərlan olmaz.
31. Qarğış tökən alqış görməz.
32. Qarı var – arpa unundan aş eylər, qarı var buğda unun daş eylər.
33. Qarın doyandan sonra yetimlər yada düşər.
34. Qarın doymayan yerdə aclığını bildirmə.
35. Qaşıqla aş verib, sapıyla göz çıxartma.
36. Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır.
37. Qatır atasını görməsəydi özünü xanzadə bilərdi.
38. Qatırdan soruşdular dədən kimdir? Dedi: nənəm atdır.
39. Qaydadan çıxan peşiman olar.
40. Qazan qarası gedər, üz qarası getməz.
41. Qazanan qazandığın yesə, xan acından ölər
42. Qzının çörəyin qarışqa da yeməz.
43. Qələmə gətirən eşşəyin qabıq gətirən qoduğu var.
44. Qəm-qüssə dağı yerindən qopardar.
45. Qəm səni yeyər, sən qəmi yeyincə
46.Qəmli ürək ölməsə də dirilməz.
47. Qərib it hürəndə özünə hürər.
48. Qərib quşun yuvasını Tanrı öz əli ilə tikər.
49. Qəribi vurmuşlar “Vay, Vətən” demiş.
50. Qılıqlı quzu yeddi ana əmər, qılıqsız quzu birindən də qalar.
51. Qırx il oğru oldu bir kərə haram yemədi.
52. Qırxında öyrənən gorunda çalar.
53. Qız alanın ya bir çuval pulu gərək, ya da yalanı.
54. Qızıl inək qarqabaq gəlinə süd verməz.
55. Qonağa “get” deməzlər, altından palazı çəkərlər.