1. İçərim özümü yandırır, çölüm özgəni.
2. İgidlik biliklə deyil, ürəklədir.
3. İki arvadlı ev zibilli qalar.
4. İki arvadlı gecə şamsız qalar.
5. İki arvadlı kişinin ağzının dadı olmaz.
6. İki dəvə əlləşəndə otluq xarab olar.
7. İki eşşək bir axurdan arpa yeməz.
8. İki itin arasına para sümük atmazlar.
9. İki qapəda gəzən köpək ac qalar.
10. İki verməzsən, bir ala bilməzsən.
11. İl var bir günə dəyməz, gün var min aya dəyər.
12. İlan ağzından qurtuldu, qurbağa ağzına düşdü.
13. İlan hər yerə əyri gedər, öz yuvasına düz.
14. İlan qabığın dəyişər, xasiyyətin dəyişməz.
15. İlana balası qənim olar.
16. İlanın başın düşmənin əliylə əz.
17. İlkli sümük ağır olar.
18. İmtahan yerdədir, göydə deyil.
19. İnək göz eləməsə, kələ sıçramaz.
20. İnək su içər –süd olar, ilan su içər – zəhər olar.
21. İnsanınki gətirməyən, xaşıl yeyəndə də dişi sınar.
22. İstədiyin söyləyən istəmədiyin eşidər.
23. İşləyən inci taxar, işləməyən yandan baxar.
24. İt acından oğurluq edər.
25. İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
26. İt də öz qapısında ağadır.
27. İt getdi, qurd gəldi.
28. İt itliyindən əl çəkər, sümsünməyindən əl çəkməz.
29. İtə çörək atarlar yiyəsi xatirinə.
30. İtin əbləhi qayğanaqdan pay umar.
31. İtin qabağından qalanı aslan yeməz.
32. İtin yanından bəy kimi, bəyin yanından it kimi keç.
33. İtini haya öyrətmə, qonşunu paya.
34. İynə batırana, çuvalduz batırarlar.
35. İynənin kiçik ucunu özünə batır, böyük ucunu özgəyə.
36. İtən baltanın sapı qızıl olar.
37. İtlə yatan, bitlə qalxar.
38. İtə bax, yediyi kütüyə bax.
39. İt itlə savaşanda bir ayağın dalda tutar.
40. İstəyənin bir üzü qara, verməyənin iki üzü qara.