1. Qoca ayrı, qocaman ayrı.

  2. Qoca qurd yuvasından əl çəkməz.

  3. Qoca öküzü öldürmək olar, öyrətmək olmaz

  4. Qoca tülkü tora düşməz.

  5. Qocaya gedən quyruq yeyər, cavana gedən gedən yumruq yeyər

  6. Qoldan tutan azdır, yaxadan tutan çox.

  7. Qonşu iti qonşuya hürməz

  8. Qonşu qonşuya baxar canını oda yaxar

  9. Qonşu qonşu ilə boğuşdu, qaraçıya fürsət düşdü

10. Qonşu muncuğun oğurlayan gorda taxar.

11. Qonşum qonşu olsa, kor qızım ərə gedər

12. Qorx qorxmazdan, utan utanmazdan

13. Qorx Tanrıdan qorxmayandan

14. Qorxaq it uzaqdan hürər, yaxından quyruq bular

15. Qovanın gücü varsa, qaçanın da Allahı var

16. Qoyun da keçi ayağına gedərmiş

17. Qoyun deyir: məni çək xarabalığa, çəkim səni abadlığa

18. Qoyun quzusunun ayağını tapdalamaz.

19. Qoyunun yaxşısı gedib, keçi qalıb, adamın yaxşısı gedib, bici qalıb

20. Quduran gedər, gicişən qalar.

21. Qudurasan qurbağa, gedir ilan vurmağa

22. Qudurmuş köpəyin ömrü qırx gün olar

23. Qul xatasız olmaz, ağa kərəmsiz

24. Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda

25. Qulun dediyi olmaz, Tanrının dediyi olur

26. Qurbanı biz elədik, yağış Qaradağa yağdı

27. Qurd qarıyanda köpəyin gülüncü olar.

28. Qurd qonşusun yeməz.

29. Qurd qurda dal çevirməz.

30. Qurd nə bilir ki, qatır bahadır

31. Qurd tükün dəyişər, xasiyyətin dəyişməz.

32. Qurd yırtdığın bilər, udduğun bilməz

33. Qurda qoyun tapşırmaq olmaz.

34. Qurda nə qədər yem ver, yenə gözü meşədədir

35. Qurda sən tikmək öyrət, yırtmaq dədəsi peşəsidir

36. Qurddan qorxan qoyun saxlamaz.

37. Quş qanadı ilə, adam adı ilə

38. Quşa qızıl qəfəs zindandır.

39. Quşun bəzəyi lələkdi, insanın bəzəyi bilikdir

40. Qürbətdə keçən ömür, ömür sayılmaz

41. Quzusuna qıymayan kabab yeyə bilməz.

42. Qurumuş ağacın kölgəsi olmaz.

43. Quru qurbağası dəniz tanımaz.

44. Qurd yuvasından sümük əskik olmaz.

45. Qurd öz örüşündə ac qalmaz