Dionis (“iki dəfə ya ikinci dəfə doğulan” deməkdir) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuz.
Zevs Fivan çarı Kadmanın qızına – Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən mərasimin, onun Hera ilə olan toyu kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirir, ildrım çaxdıraraq gəlir. Nəticədə Kadmanın sarayı oda qərq olur. Yanğın bətnində altı aylıq uşaq – Dionis olan Smelanı ölümcül yaralayır və o, dəhşət içində ölür. Uşağı xilas etmək üçün Zevs öz budunu yararaq Dionisi içinə yerləşdirir və tikir. Vaxtı çatanda isə tikişi sökərək, onu ikinci dəfə dünyaya gətirir. Buna görə də ona Dionis – “iki dəfə ya ikinci dəfə doğulan” adını vermişlər. Dionisin digər bir ləqəbi isə “mirorafisdir” – “buda tikilmiş” deməkdir. Digər bir ləqəbi isə “Pirigen” – “oddan doğulmuş” deməkdir.
Heranın təqiblərindən ehtiyat edən tanrı Zevs, körpə Dionisi böyütmək və tərbiyə vermək üçün Smelanın bacısı İno və onun əri Atamanta verir. Burada da rahatlıq tapa bilməyəcəyini görən Zevs onu keçi balasına döndərərək Hermes vasitəsilə Asiyaya göndərir. Silendən şərabın hazırlanmasının sirrini öyrənən Dionis, beləliklə Misiri, Suriyanı dolaşaraq sərgərdana çevrilir və harada olursa, orada insanlara üzüm yetişdirməyi və ondan şərab hazırlamağı öyrədir. Onun əhatəsində daim nimfalar, satirlər, silenlər olurmuş.