22 yaşlı Megan Jayne uşaqlıqdan bəri anoreksiyadan əziyyət çəkmişdir. 14 yaşında 30 kiloya düşmüş, saçları tökülmüş halda xəstəxanalıq olmuş, ölümdən dönmüşdür. Həmin vaxtlar həkimlər onun üçün bir neçə həftəlik ömrü qaldığını söyləmişdi! 2 illik mübarizədən sonra yaxşılaşmış; ancaq bu dəfə də həddindən artıq yeməyə başlamışdır. Qısa müddət ərzində kilosu üç qat çoxalmışdı. Sonrakı 5 il ərzində davamlı olaraq dietada olmuşdur. Bu müddət ərzində ilham almaq üçün Instagram’dakı incə, gözəl bədənli fitness modellərini izləmişdir.

    Yenə bir gün Instagram’da fotoşəkillərə baxarkən “bədəninizin qüsurları olduğunu qəbul edin və onu o halıyla sevin” şərhli bir fotoşəkil görmüş və bu şəkildən sonra bütün həyatı tamamilə dəyişmişdir Hal-hazırda Instagram’da kilolarıyla barışdığını göstərən, son dərəcə pozitiv fotoşəkillər paylaşır. Məqsədi öz vəziyyətindəki gənc qadınlara nümunə olmaq, onların həyatlarını xilas etməkdir.

Megan belə deyir: Güzgüyə baxdığımda qat-qat göbək, selülit və milyon dənə başqa qüsurlar görürəm. Әvvəlki zamanlar olsa bu məni özümə nifrət etdirərdi. Lakin indi bunlarda xoşbəxtlik görürəm. Gözəllik görürəm. Fotoşoplanmış gözəllikdən bəhs etmirəm. Fiziki görünüşümdən əlavə bir dəyərimin olduğunu görürəm. Artıq “kifayət qədər yaxşı deyiləm” ifadəsi ilə özümü sərhədləndirmirəm.


Әvvəlki halı



İndiki halı



İdman edərkən



Azadam



Başqaları baxsın deyə mövcud deyilsən. Bir əşya deyilsən. Bədənin başqaları seyr edərkən bəyənsin deyə deyil, sən yaşayasan deyə var…



Dəyərin, belinin nə qədər qalın olduğuyla ölçülə bilməz.