ABŞ-da səhvən həbs olunmuş 70 yaşlı kişini 40 ildən sonra azad ediblər.
40 ildən sonra aparılan DNT analizlərinin nəticələri Cozef Slecin günahsız olduğunu sübut etmişdir. Sahə prokuroru sistemdə yalnışlığın baş verdiyini söyləyərək Cozef qarşısında üzr istəmiş və cinayət işini yeniləməyi söz vermişdir.
Cozef Slec 1976-cı il sentyabrda 2 qadının öldürülməsinə görə ömürlük həbs cəzası almışdır.
Keçmiş məhbus qərarı eşitdikdən sonra yerində donub dərindən nəfəs alır, sonra isə vəkilini və ailəsini qucaqlayır.