Afrikanın qeyri-adi insanlarından biri.
Elm adamlarının və ətraf-mühit təşkilatlarının çarəsiz qaldığı problemlərə ənənəvi üsullarla həll tapmağı bacaran bir qəhrəmandır. Qoca cütçü, Burkino Faso’nun şimalındakı əkinçilik ərazilərində uzun müddətdir davam edən səhralaşmanı dayandıran adam olaraq tanınır. Bölgədəki torpaq, uzun illər içində həddindən artıq əkin, həddindən artıq otlaq və həddindən artıq əhali sıxlığı səbəbiylə gedərək sərtləşməyə, aşağı məhsuldarlıq və sonunda səhralaşmaya başlamışdı. Milli və beynəlxalq araşdırmaçılar tərəfindən uzun illərdir davam edən işlər isə, torpağı qurtarmaq üçün kafi olmurdu. Ümidlər gedərək tükenirdi. Yacouba Sawadogo adlı bir adam, 1980-ci illərdə ortaya çıxıb, səhraya qarşı öz ənənəvi üsullarıyla mübarizə aparmağa qərar verənə qədər. Yacouba’nın istifadə etdiyi texnikalar olduqca köhnə və qəribə idi. Buna görə bölgədəki fermerlər tərəfindən lağ mövzusu oldu. Lakin illər içində fərq edildi ki, Yacouba’nın inadla tətbiq etdiyi texnikalar, meşəni yenidən var etməyi, torpağı yenidən zənginləşdirməyi bacarmışdı. Yacouba tək başına səhralaşmanı dayandırmışdı. Üsulu isə olduqca sadə idi. Köhnə Afrika kənd təsərrüfatı praktikası olan “Zai” texnikasına görə, əvvəl sərtləşmiş zəminə böyük bir çuxur açılır, sonra içinə bitki artıqları və gübrələrindən ibarət olan bir qarışıq yerləşdirir. İçinə isə bölgə şərtlərinə uyğun, dayanıqlı ağac növlərinin toxumlarını qoyurdu. Yağışlı mövsümlərdə suyu əmən və mühafizə edən dəliklər, quraq dövrlərdə bitki üçün lazım olan rütubət və qidanı təmin edirdi. Zai texnikasına görə, zəminin quraq mövsümdə hazırlanması lazım idi. Bu da bölgədə tətbiq olunan texnikanın tam tərsinə idi. Heç kim inanmasa da, o inadla işi davam etdirdi. 20 il ərzində quraqlıqdan zərər görmüş 120 hektar quraq ərazini, 60 ayrı növ ağacdan ibarət yaşıl bir sahəyə çevirməyi bacardı. Bir adamın tək başına yaratdığı bu möcüzə elm adamlarını da təəccübləndirmişdi.Təbii Sərvətlər Mütəxəssisi Chris Reji, müddəti belə yekunlaşdırır: “Bölgədə, minlərlə hektarlıq sahə tamamilə səmərəsiz halda idi. Amma Yacouba’nın texnikaları tətbiq olunsa, bu torpaqlar yenidən canlana biləcək”. Ətraf kəndlərdən bir çox cütçü Yacouba’yı ziyarət edərək toxum keyfiyyəti, əkin üsulları və digər mövzularda ondan məlumatlar alır. Bir təhsil proqramı başlamaq və bütün bölgəni çevirmək istədiyini ifadə edən yaşlı cütçü, “Əgər öz köşənizə çəkilsəniz, bildiklərinizin insanlığa heç bir faydası olmaz” deyərək işlərini ölənə qədər davam etdirəcəyini ifadə edir.