Amerikanın Yuta ştatında səhrada inşa edilən “Amangiri” oteli özünəməxsus gözəlliyi ilə insanların diqqətini cəlb edir. Oteldə xidmət üçün 34 otaq fəaliyyət göstərir.
Qeyd edək ki, istirahət kompleksinin daxilində kitabxana, restoran, hovuz və müalicə mərkəzi var. “Amangiri”də bir gecəlik nömrə min dollara başa gəlir.