Gündəlik həyatımızda çətinlik çəkdiyimiz problemlərdən biri də səhər zamanında oyana bilməməyimizdir. Bu bizə müəyyən qədər mənfi təsir göstərir. Əlbəttə, bunun bir çox səbələri varki, bunlar bizim səhər oyanmağımıza təsir göstərir. Səhərlər yatıb qalmağımızın səbəbləri kimi aşağıdakıları göstərə bilərik.
- Məyus və ümidsiz olmaq
- Səhlənkarlıq
- Gərgin iş
- Stress
- İşsizlik
- Hədəfsizlik
- Adət
- Mühit
- Sağlamlıq problemləri (ürək xəstəlikləri və.s.)
- Az enerji
- Narahatlıq
- Düzənsizlik
- Dərin yuxuya gedə bilməmək
- Tənbəllik və s.
Bütün bu səbəblər sübh vaxtında oyanmağımıza imkan vermir. Həmçinin, nervopatoloqlar deyir ki, yuxudan oyana bilməmək yuxu pozğunluğunun göstəricisidir. Oyanmağımızı çətinləşdirən səbəblər və bəhanələr olması əlbəttə ki, qaçınılmazdır. Düşünürəm ki, bu zaman insan daha çox öz iradəsinin köməyi ilə tez oyana bilər.
Yuxarıda göstərdiyimiz səbəblər hər birimizin həyatında qarşılaşdığımız hadisələrdən də baş verə bilər. Bu səbəblərin biri və ya bir neçəsi eyni anda yuxudan erkən oyanmağımıza mane olur. İnsanların hər birinin yaşam tərzi müxtəlif olduğuna görə oyana bilməmək səbəbləri fərqlidir.
Buna bir neçə misal göstərmək olar:
Gərgin iş rejimində işləyən insanlarda yorğunluq dərəcəsi çox olduğundan gec oyanmağa meyilli olurlar.
İşsizlik, bu şəxs özüdə bilirki səhər oyanmaq üçün heç bir iş səbəbi yoxdur və beləliklə o, belə deyək beynini əvvəlcədən buna hazırlamır. Tədqiqatlar sübut etmişdir ki, az enerji, narahatlıq, sağlamlıq prolemləri, düzənsizlik bunların hər biri vaxtında oyanmağımıza mane olur. Beləki, insanların yatmasının səbəbi onlarda yorğunluğun olmasıdır. Bəzən, biz bunu hiss etmirik, ancaq yorğun və halsız oluruq. Halsızlığın səbəbi isə enerjinin azlığıdır. Gün ərzində çox düşünmək, düzgün qidalanmamaq, stresə düşmək insanda enerjinin azalmasına səbəb olur. Ona görə də bu insanlar daha çox halsız olur və daha çox yatır.
Eyni zamanda bədənimizdə “melatonin” adlı hormon var ki, bu hormon vücudumuzun bioritmini düzənləməyə yarayan bir hormondur. İşığa reaksiyası çox olduğuna görə gəcələr yatarkən tam qaranlıq otaqda yatmağımız vacibdir.
Bəs yuxu rejimimizi qorumaq üçün nə etməliyik?
Yuxu rejimimizin pozulmağının qarşısını almaq üçün sadəcə tez oyanmaq kifayət deyil, vaxtında yatmaq üçün də bir işlər görmək lazımdır. Aşağıdakı qaydalara əməl etsək rahat yatmağımız üçün müəyyən bir şərait yaratmış olarıq.
-
- TV-dən sonra yatmaq olmaz; Çünki çox şüaya məruz qalmaq yuxunu çətinləşdirir.
-
- Yatmadan öncəki 2 saatda nəsə oxuyaraq, duş alaraq, sabahkı günümüzü planlayaraq keçirək.
-
- Yatmadan öncə yediyimiz qidalara diqqət etmək lazımdır; Çünki gecə vaxtları həzm prosesinin sürəti yavaşlayır. Ona görə də yatmazdan öncə daha yüngül yeməklər yeməliyik.
-
- Yatmazdan öncə kofe və spirtli içki qəbul etmək olmaz.
- Otağımızın havasını dəyişdirək.
- Yatmazdan öncə kofe və spirtli içki qəbul etmək olmaz.
Bu dediklərimizdən belə bir nəticəyə gələ bilərik, səhər vaxtında oyanmağımız daha çox özümüzdən asılıdır. Beləki, dediyimiz qaydalara riayyət etməklə, iradəmizin səyi sayəsində vaxtında oyana bilərik. Əsas odur ki, hər birimizin içindən sevgi və istək tükənməsin.
(Müəllif: Lalə Hümmətova)