Siz də səhərlər oyanmaqda, işə ayıq halda getməkdə çətinlik çəkənlərdənsinizmi? Bəlkə aşağıda sıraladığımız sadə yollarla, səhərlərinizi daha şən hala gətirə bilərsiniz.
1. Nahar yeməyindən sonra gəzintilərə çıxın. Açıq havada mümkün qədər daha çox vaxt keçirmək, gecə daha yaxşı yatmanızı təmin edər. Bu sayədə səhərlər özünüzü daha oyanıq hiss edərsiniz.
2. Səhər və axşam idman hərəkətləri edin. Edilən araşdırmalar, nizamlı idman hərəkətlərinin yuxu mövzusunda çox təsirli olduğunu söyləyir.
3. Axşam 20.00’dan sonra heç bir şey izləməyin. Evə 20:00 da gələnlər üçün bu çətin görünsə də bunu bilməkdə fayda var: Ekrandan gələn mavi işığa məruz qalmanız, yuxu hormonu olan melantoninin ifrazına maneə törədir.
4. Yatdığınız otaqda qoxulardan istifadə edin. Rahatladıcı esanslara sahib qoxular istifadə etmək, yuxuya daha rahat dalmanızı və səhər çox rahat şəkildə oyanmağınızı təmin edər.
5. Səhər ləziz yemək yeyəcəyinizə dair özünüzə söz verin. Və gecə yatmadan əvvəl yemək yeməkdən də çəkinin. Bu sayədə səhər qurd kimi ac oyanacaqsınız və bu sizin motivasiyanızı təmin edəcəkdir.
6. Yuxunuz gəlirsə, bir-başa yatın. Saat çox erkən olsa belə bunu təxirə salmayın. Yatacağınız əlavə saatlar sizə özünüzü yaxşı hiss etdirəcəkdir.
7. Pəncərəniz açıq yatmağa çalışın. Gecə yatarkən, çox karbon ifraz olunur. Yaxşı bir ventilyasiya ilə oyanaraq fərq yarada bilərsiniz.
8. Zəngli saatınızı yataqdan uzağa qoyun. Bir az klassik üsul kimi görünə bilər, amma onu susdurmaq üçün hökmən qalxmalı olacaqsınız və bu sizi avtomatik olaraq oyandıracaq.
9. Ən sevdiyiniz mahnıyla oyanın. Saatınızın qorxunc, həyəcan səsləriylə oyanmaq məcburiyyətində deyilsiniz. Ən sevdiyiniz mahnını dinləyərək, günə daha əyləncəli başlaya bilərsiniz.
10. Sizi gözləyən böyük bir macəranın xəyalını qurun. Gözəl hisslərlə yuxuya dalın. Səhərlər də bunu necə gerçəkləşdirəcəyinizi düşünün.
11. Oyandıqdan sonra yataqdakı mövqenizi dəyişdirin. Dərin bir iki nəfəs alın. Üzünüzə və qulaqlarınıza masaj edin. Çünki bu başınızdakı qan axışını sürətləndirəcəkdir.
12. Özünüzə böyük hədəflər qoyun. Əgər qalxmaq üçün gözəl bir səbəbiniz varsa, xoşbəxtliklə oyanarsınız.
13. Əgər qaranlıq bir saatda oyanmaq lazımdırsa, dərhal işığı yandırın. Bu yuxu hormonu olan melantoninin ifraz olunmasını yavaşladacaqdır.
14. Səhər yeməyindən əvvəl bir stəkan su için. Bu çox sadə amma güclü bir taktikadır. Bu şəkildə həzm sisteminizi işə salar və bədəninizi yemək üçün hazırlayarsınız.
15. Pəncərəni açın və dərin bir nəfəs alın. Hava soyuq olsa belə bunu edin. Bu şəkildə yuxu halından çıxar, bədəninizdəki qan dövranını artırarsınız.
16. Hər gün eyni saatda oyanmağa çalışın.
17. Və ən güclüsü isə səhər çox əhəmiyyətli bir iclasa gedəcəyinizi özünüzə təlqin edin. Baxın bundan sonra necə oyanırsınız!